Bia.Az

Seçki yaxınlaşır: Xalq kimi prezident görmək istəyir? - SORĞU

Siyasət
 3-10-2022, 15:17     160

Türkiyədə gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı anketlər keçirilməyə davam edir.

BİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, “Optimar” araşdırma şirkəti tərəfindən keçirilən sorğunun nəticələri açıqlanıb.

İlk olaraq respondentlərdən seçkidə hansı partiyaya səs verəcəkləri soruşulub. Onlardan 37,8 faizi Ədalət və İnkişaf Partiyasına (AKP), 25,9 faizi isə Cümhuriyyət Xalq Partiyasına (CHP) səs verəcəyini bildirib.

Həmçinin, Xalqların Demokratik Partiyası 11 faiz (HDP), İYİ Partiya 9,8 faiz, Milləyətçi Hərəkat Partiyası (MHP) isə 9,5 faiz səs toplayıb.

İttifaqlardakı son durum da bəlli olub:

• “Cümhur İttifaqı”: 47,8%
• “Millət İttifaqı”: 37,8%
Bununla yanaşı, sorğuda iştirak edənlərdən kimi prezident kimi görmək istədikləri də soruşulub. Cavablar isə belə olub:
• Rəcəb Tayyib Ərdoğan: 39,7%
• Kamal Kılıçdaroğlu: 14,7%
• Mansur Yavaş: 13,4%
• Selahettin Demirtaş: 8,6%
• Dövlət Bağçalı: 8,3%
• Meral Akşener: 7%
• Əkrəm İmamoğlu: 3,5%
• Abdullah Gül: 0,6%
скачать dle 12.1