Bia.Az

Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV? - Maləsəf, BU FAKTDIR!

Sosial
 1-10-2022, 10:34     310

Ekspert Elyar İslamoğlu şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı edilmiş daha bir qanunsuzluqla bağlı məlumat paylaşıb.

BİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi pandemiya vaxtı Sənan Əhmədovun 190 manat almaq üçün etdiyi müraciəti də cavabsız qoyubmuş.

Belə ki, pandemiya zamanı ofisiant işləyən Sənan Əhmədov restoranlar bağlandığı üçün işsiz qalıb. Üstəlik həmin ərəfədə övladı da doğulub. Yeni doğulan övladının və ailəsinin ehtiyaclarını qarşılamağa məcbur olan, kirayədə yaşayan Sənan 190 manat yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etsə də, ona cavab belə verilməyib:

“Həmin o cavabsız müraciətlər bilirsiniz haçan cavablanıb?

Səbuhi şəhid olduqdan sonra, Sənan Sosial Xidmətlər Agentliyinə dəvət edilib. Ordakı əməkdaşlara pandemiya müddətində işsiz qaldığını, 190 manat üçün etdiyi müraciətlərə indiyədək sayıb cavab vermədiklərini, sübut üçün etdiyi müraciətləri göstərəndən sonra.

190 manatın ehtiyacı olmayan çoxsaylı şəxsə verildiyi ilə bağlı mətbuatda kifayət qədər sübutlar var idi. Amma Sənan kimi imkansız, uşaq evində böyüyən, kirayədə yaşayan ehtiyaclı şəxsə nəinki 190 manat, heç cavab da verilməyib”.

Bəs bunu hansı kitaba yazaq, CƏNAB BABAYEV?

скачать dle 12.1