Arxiv

Oxunub:123 / 21 in 08:04iqtisadiyyat

Dövlət Qaçqın və Məcburi Köçkünlərə pul verəcək



Dövlət Qaçqın və Məcburi Köçkünlərə pul verəcək

















Yasamalda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğından ziyan çəkən hər bir ailənin adına bank hesabı açılıb

Bu barədə açıqlmasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Onun sözlərinə görə, məcburi köçkünlərə dəymiş ziyan dövlət tərəfindən ödəniləcək. "Bildiyimiz kimi, komitə sədri Əli Həsənov tərəfindən yanan bina ilə bağlı dərhal sərəncam verilib, komissiya yaradılıb. Komissiya yanğından zərər çəkən insanlara dəymiş ziyanı müəyyənləşdirib. Onlara dəymiş ziyanın müəyyənləşmiş məbləği həmin bank hesablarına yatırılacaq. Eyni zamanda bir aylıq kirayə xərci və bir aylıq yemək pulu da veriləcək. Yaxın günlərdə həmin vəsait sakinlərin bank hesablarına köçürüləcək, onlar öz hesablarından pulu götürə biləcəklər. Bu vəsaitin hesablanması və bank hesabına köçürülməsi prossedur qaydalarına uyğun olaraq müəyyən vaxt aparır".

E.Qədimov, həmçinin qeyd edib ki, yataqxananın bərpası istiqamətində işlər sürətlə davam etdirilir: "Yəqin ki, ayın sonuna qədər işlər başa çatacaq. Sakinlər əvvəlki kimi öz mənzillərinə qayıdacaqlar. Evlər əvvəlkindən də yüksək səviyyədə, hazır formada onlara təhvil veriləcək”.

Qeyd edək ki, iyunun 7-də Bakının Yasamal rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. (azvision.az)