Bia.Az

"Bu medallarla borclulardan qaçıb gizlənirəm" - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

Sosial
 27-09-2022, 15:46     305

Sentyabrın 26-da 2-ci Qarabağ müharibəsinin döyüşçüsü, Babək Mürsəlov Milli Məclisin önündə etiraz edib. Buna səbəb onun 2 ildir ki, əlillik təqaüdünü ala bilməməsidir.

BİA.AZ Toplum TV-yə istinadla xəbər verir ki, Babək Mürsəlov buna etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
II Qarabağ müharibəsi veteranı Babək Mürsəlov yaralanıb iş qabiliyyətini itirdiyinə və əlillik təqaüdünü ala bilmədiyinə görə Milli Məclisin önündə etiraz etmək qərarına gəldiyini deyib:
"Bu medallarla borclu olduğum adamların qabağından qaçıb gizlənirəm".
Polislər Babək Mürsəlovu Milli Məclisin qəbul şöbəsinə aparıblar, orada deputat Vahid Əhmədovla telefon danışığı olub. Deputat qaziyə ƏƏSMN-ə bu məsələ ilə bağlı müraciət etdiyini deyib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, qazi əyani müayinə edilib, diaqnozun nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

скачать dle 12.1