Bia.Az

Rusiyadan qaçış: Azərbaycanda bazarı alt-üst edəcək - GƏLİŞMƏ

Siyasət
 27-09-2022, 13:50     196

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etməsindən sonra ruslar qonşu ölkələrə qaçmaqda davam edir.

Bunun nəticəsidir ki, Rusiya-Gürcüstan sərhədində 20 kilometrlik növbə yaranarkən, son bir həftədə Gürcüstan-Rusiya sərhədindən 115 min adam keçib. Rusiyanın Gürcüstanla sərhəd qapısı olan Larsda avtomobil növbəsi hər gün uzandığı halda, artıq sərhəddə avtomobil növbəsi 20 kilometrə çatıb.

Bildirilib ki, sərhəddəki sıxlıq səbəbindən Gürcüstana avtomobillə çatmaq təxminən 35-40 saat, velosipedlə və piyada keçmək isə təxminən 8-10 saat çəkib. Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər İdarəsi Rusiyadan ölkəyə sərnişin axınının artması ilə əlaqədar Lars gömrük-keçid məntəqəsində yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Prezidentlik Larsda gömrük nəzarəti məntəqəsinin xüsusi iş rejiminə keçdiyini bildirərək, “24 saat ərzində gömrük nəzarəti prosedurlarının həyata keçirilməsi üçün Gürcüstan ərazisindən keçən keçid məntəqələrində gömrük əməkdaşlarının sayı artırılıb.Burada izah edirik ki, Rusiya Federasiyasından Gürcüstana Lars gömrük-keçid məntəqəsindən keçən yük avtomobilləri üçün gömrük nəzarəti prosedurları qismən yubanır. Gömrük nəzarəti məntəqələrinin birgə idarə edilməsi çərçivəsində artan beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək məqsədilə Gəlirlər İdarəsi qonşu dövlətlərin Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük idarələri ilə sıx əlaqə saxlayır”.

Qeyd edək ki, Rusiya vətəndaşlığı olan azərbaycanlılar da hazırda qismən səfərliyə çağırılıb. Ümumiyyətlə, Rusiyada hazırda baş verən proseslərlə bağlı nəinki ruslar, digər xalqların nümayəndələri də ölkəni tərk edirlər.

Rusiya vətəndaslarınn axını davam edəcəyi halda ölkəmizin mənzil bazarında vəziyyət necə olacaq? DİA.AZ-ın məlumatına görə, “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov Cebhe.info-ya bildirdi ki, hazırda qiymətlər bazara uyğundur:

“Bazarda qiymətləri tələb və təklif tənzimləyir. Təkrar mənzil bazarında tələbə uyğun olaraq bazarda təklif qiymətləri də formalaşır. İlkin mənzil bazarında qiymətlər tələbdən bir qədər yuxarıdır”.

Rusiyadan ölkəmizə gələnlərin daşınmaz əmlak bazarında qiymətlərə təsirinə gəldikdə isə eksper deyir ki, mənzil bazarının vəziyyəti gələn insanların sayından asılıdır:

“Əgər gələn insanların sayı bazarın həcmindən 8 faizdən yuxarı təşkil edərsə təbii ki, müəyyən qədər təsir edə bilər. Ancaq gələnlərin sayı kiçik sayda olarsa, bazara təsir imkanları məhdud olacaq. Çünki nəzərə alsaq ki, bazarın həcmi 50 min civarındadır, 8-10 faizdən yuxarı insan axını olmalıdır ki, bazara öz təsirini göstərsin. Yəni kütləvi şəkildə axın olsa, müəyyən qədər təsir ola bilər. Əgər 5 min ailə gələcəksə 3-5 faiz civarında, 10 min ailə gələcəksə 8 faiz civarında təsir göstərə bilər”.
скачать dle 12.1