Bia.Az

Vilayət Eyvazov polis rəisini işdən çıxardı - ƏMR

Cəmiyyət
 23-09-2022, 22:20     316

Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.

BİA.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.

Digər əmrlə o, rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
скачать dle 12.1