Arxiv

Oxunub:116 / 14 in 05:54sosial

“Şərurlu İsfəndiyar”ın, “AAAF Park”ın və deputatın “Kristal Abşeron” biznesində - Xaos



“Şərurlu İsfəndiyar”ın, “AAAF Park”ın və deputatın “Kristal Abşeron” biznesində - Xaos

















Milli Məclis çoxmərtəbəli mənzillərin idarə olunması ilə bağlı vahid qaydaların tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib

Yeni tikilən binalarda gerçəkdən bir xaos var.

Binanı tikən hər bir sahibkar mülkiyyətçiləri əsaslandırılmamış, yaxşı qazanc götürə biləcəkləri tariflərlə kommunal xidmət və mənzil haqları ödəməyə məcbur edirlər.

Kimsə mənzilin hər kvadratı üçün 1.5 manat, mühafizə xərcləri üçün hər mənzilə 30 manat, isitlik üçün hər kvadrata aylıq 1 manat, təmizlik üçün ayda 10 manat və s. (rəqəmlər şərtidir), başqa birisi bundan 2 dəfə az, o birisi yarım dəfə çox tariflər müəyyən edir.

Hansı meyarlar və iqtisadi əsaslandırmalarlarla formalaşır bu tariflər? Hələ 4 il əvvəl ekspert qrupumuzun hazırladığı araşdırmada çoxmərtəbəli binaların idarə edilməsi ilə bağlı problemlər və onlardan çıxış yollarına dair xeyli vacib, bu gün də son dərəcə aktual olan təkliflər vermişdik.

Nə qədər ki, bu sənəddə əks olunan problemlərin həllinə yönəlik kompleks qanunvericilik və institusional islahatlar aparılmayacaq, Parlamentn bu gün Mənzil Məcəlləsinə etdiyi fraqmental dəyişikliklərlə vəziyyət də kökündən dəyişməyəcək.

Bir faktı deyək ki, çoxmərtəbəli mənzillərin idarə olunması ətrafında yaranan problem təkcə mülkiyyət məsələsi deyil.

Kondominumlar dünyada yerli özünüidarənin, əhalinin özünütəşkilinin və bir araya gələrək sosial-iqtisadi maraqlarını ifadə edə bilmənin formasıdır.

Ulus.Az xəbər verir ki, kommunal xidmət sektorunda özbaşınalıq edən bir çox şirkətlər var. Onlar vətəndaşların hüquqlarını tapdalayırlar və öz istədikləri qiymətləri müəyyənləşdirirlər.

Məsələn, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun tikdiyi binalarda, “AAAF Park”-ın mənzillərində, deputat Ağalar Vəliyevin “Kristal Abşeron”undakı binalar və bir çox yeni tikililərdə hər bir MTK öz kommunal tarifini müəyyən edib ki, həm sakinlər narazıdır, həm qanundan kənardır.

Birmənalı şəkildə, MTK sahibləri “havadan götürülmüş rəqəmlərə” söykənib aylıq ödəniş tələb edə bilməzlər.

Ümumiyyətlə, MTK sahibləri ayrıca, yəni sakinlərin və ya onların təmsilçilərinin razılığı olmadan sərbəst şəkildə aylıq ödəniş məbləğini müəyyənləşdirmək hüququna malik deyillər.

Mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur.

Yəni, MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər. Amma problem ondadır ki, indiyədək cəmi 43 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti qeydiyyatdan keçib.

Deməli, böyük əksəriyyət binalarda belə cəmiyyətlər fəaliyyət göstərmir. Və deməli, əksər MTK sahibləri özləri şişirdilmiş aylıq ödənişlər müəyyənləşdirirlər.