Donald Tramp Hindistana getdi
ABŞ prezidenti Donald Trampın Hindistana 2 günlük rəsmi səfəri başlayıb.
“ixatv” xəbər verir ki, onu Əhmədabad hava limanında Hindistan baş naziri Narendra Modi qarşılayıb.
D.Trampla birgə Hindistana onun həyat yoldaşı Melaniya Tramp, qızı İvanka, kürəkəni Cared Kuşner və administrasiyanın yüksək vəzifəli şəxsləri gediblər.
Bu D.Trampın Hindistana ilk rəsmi səfəridir.