Bia.Az

Əliyev Qərbə bunu izah etdi: “Rusiyanın yanında deyilik” - GƏLİŞMƏ

Siyasət
 3-09-2022, 14:06     312

"Əslində Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir?” sualına maraqlı cavab verib". DİA.az bildirir ki, bunu politoloq Asif Nərimanlı Prezidentin İtaliyadakı açıqlamalarını şərh edərkən bildirib.

""Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq" deyə İlham Əliyev bəyann edib.

Bu, ilk növbədə Avropaya “Rusiyanın yanında deyilik” mesajının verilməsidir. Söhbət Rusiyadan getsə də, bu açıqlamada İranın da payı var" deyən. A.Nərimanlı əlavə edib:

"Prezident bununla Bakının müstəqil siyasi xəttinin olduğunu vurğulayır. Ki, çıxışının mahiyyəti də bundan ibarətdir.

Hərçənd, “coğrafiya qədərdir”. Əliyev Qərbə bunu izah etdi, “Rusiyanın yanında deyilik” mesajı ilə yanaşı, “coğrafiya Rusiyanın qarşısında durmağa da imkan vermir” mesajını çatdırdı".
скачать dle 12.1