Bia.Az

Separatçılar Xankəndində Rus Mədəniyyəti Evi açmaq istəyir - ZİBİLƏ DÜŞMÜŞÜK...

Siyasət
 31-08-2022, 14:49     199

Qarabağdakı erməni separatçıları Xankəndində Rus Mədəniyyəti Evi açmağı planlaşdırırlar.

BİA.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə erməni Teleqram kanlları məlumat yayıb.
Məlumatda bildirilir ki, Xankəndində Rus Mədəniyyəti Evinin layihələndirilməsi başa çatıb.
Qeyd olunur ki, Rus Mədəniyyəti Evi keçmiş "Rusiya" kinoteatrının binasında yerləşəcək.
Separatçılar Qarabağı rus icmasının teleqram kanalına istinadla qeyd edirlər ki, yaxın vaxtlarda keçmiş “Rusiya” kinoteatrında yenidənqurma işlərinə başlanılacaq.
O da vurğulanır ki, burada Qarabağın rus icmasının təmsilçiliyi ilə yanaşı, Qarabağda ilk Rus Dram Teatrı, eləcə də Təkmilləşdirmə Mərkəzi, Uşaq İncəsənət Mərkəzi, kitabxana, vestibül-qalereya, kinoteatr, konfrans zalı, yeməkxana və pravoslav kilsəsi fəaliyyət göstərəcək.

Separatçılar Xankəndində Rus Mədəniyyəti Evi açmaq istəyir
скачать dle 12.1