Bia.Az

Zaporojye AES-də radiasiya sızması başlayıb? - Beynəlxalq ekspertlər təcili Ukraynaya gedir...

Siyasət
 29-08-2022, 14:58     463

BMT-nin Nüvə Təhlükəsizliyi Agentliyinin missiyası bu həftənin sonuna Ukraynanın cənubunda Rusiyanın işğalı altında olan Zaporojye AES-ə gedəcək. AES-in yerləşdiyi ərazidə döyüşlərin qızışması mümkün radiasiya sızması sarıdan qorxuları artırıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) başçısı Rafael Qrossi avqustun 29-da Twitter-də yazıb ki, vədə tamam oldu və BAEA ekspertləri qrupu AES-ə yola düşüb.

“Ukraynanın və Avropanın ən böyük nüvə obyektinin təhlükəsizliyini qorumalıyıq. Bu həftə #ZNPP-də (Zaporojye AES- red.) olacaq missiyaya başçılıq etməkdən qürur duyuram”, – tvitdə yazılıb.
Agentlik qeyd edir ki, BAEA ekspertləri stansiyaya dəymiş fiziki ziyanı dəyərləndirəcək, təhlükəsizlik sistemlərini işləkliyini müəyyən edəcək, işçi heyətinin çalışdığı şəraitə baxacaq, təcili təhlükəsizlik fəaliyyətini həyata keçirəcək. Amma Nə Qrossi, nə də agentlik missiyanın Zaporojyeyə nə vaxt çatacağını dəqiq qeyd edib.
Ukraynanın enerji nazirliyi isə təhlükəsizlik səbəblərindən BAEA missiyası haqda şərh verməyəcəyini bildirib.
Xatırladaq ki, BMT və Ukrayna AES-in münaqişə hədəfinə çevrilməməsi üçün hərbi avadanlıq və heyətin oradan çıxarılmasına çağırıb. Son bir neçə həftədə Kiyevlə Moskva bir-birini Ukraynanın cənubundakı Enerhodar şəhərində yerləşən şəhər ətrafına raket zərbələrinə görə ittiham edir.
Həftəsonu təkcə stansiya yaxınlığında, Dnepr çayının sol sahilində deyil, çayın Ukraynanın nəzarətində olan sağ sahilində də, o cümlədən Nikopol və Marhanets şəhərlərində hücumlar qeydə alınıb. Ukraynanın Enerhoatom atom enerjisi agentliyi avqustun 28-də dərc etdiyi xəritədə qəza halında stansiyadan sıza biləcək radiasiyanı proqnozlaşdırır. Avqustun 29-na pronozlaşdırılan külək Ukraynanın cənubuna və Rusiyanın cənub-qərbinə nüvə buludu yaya bilər, xəritəyə əsasən belə demək olar.
Hakim orqanlar ötən həftə Zaporojye AES yaxınlığında yaşayanlara mümkün radiasiyaya qarşı yod həbləri paylamağa başlayıblar.
Narahatlıq daha çox stansiyanın nüvə reaktorlarının soyutma sistemləri ilə bağlıdır. Sistemlərə elektrik lazımdır, avqustun 25-də isə stansiya şəbəkədən müvəqqəti ayrılıb. Rəsmilər yanğın nəticəsində ötürücü xəttə ziyan dəydiyini deyiblər. Soyutma sistemində problem nüvə əriməsinə səbəb ola bilər.
Enerhoatom avqustun 27-də bildirib ki, periodik atəş stansiyanın infrastrukturuna ziyan vurub. BAEA avqustun 28-də radiasiya səviyyəsinin normal olduğunu bildirib. Məlumata görə, Zaporojye AES-in altı reaktorundan ikisi işləyir, tam dəyərləndirmə aparılmasa da, son atışmanın su kəmərinə ziyan vurduğu, sonradan təmir olunduğu bildirilir.
Xatırladaq ki, Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan az sonra AES-i ələ keçirib.скачать dle 12.1