Bia.Az

Təbrik edirlər!

Gündəm
 1-04-2020, 15:11     351

Təbrik edirlər!
Bu gün 69 yaşlı dörd övlad anası Validə xanımla bərabər, iki övlad anası Almaz xanımın da doğum günü tamam oldu. Belə bir əziz və yaddaqalan gün münasibətilə, daim Azərbaycan qadınlarına məxsus əlçatmaz ucalığı, saflığı, paklığı, ləyaqəti, füsunkarlığı, səmimi və mehriban ana adını daşıyan Validə və Almaz xanımı tanıyanlar, hər iki xanıma uzun ömür, cansağlığı, bundan sonra yaşayacaqları ömür yollarının firəvan, çilçıraqlı, sevincdolu anlarla, xoşbəxtliklərlə dolu olmasını arzu edirlər. Bu təbrikə İctimai Xəbər Agentliyi MMC-nin və ATATV.Az xəbər portalının rəhbəri Rasafil Bayramov və hər iki redaksiyanın yaradıcı kollektivi də qoşulur və Validə xanıma, həmçinin Almaz xanıma ən ülvi salamlarını çatdırıb, ürəkdolu sevgilərini bildirirlər. Onlar onu da arzu edirlər ki, bundan sonra atacağınız addımlar sizə uğurlu anlar, firəvan həyat, övlad xoşbəxtliyi nəsib etsin.

Onu da bildirək ki, Almaz xanım İXA MMC-nin və ATATV.Az xəbər portalının redaksiyalarında şöbə müdiri vəzifəsini daşıyır və hal-hazırda ciddi yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Belə bir əziz gündə Almaz xanıma bundan sonrakı yaradıcılıq fəaliyyətində yeni-yeni uğurlara qovuşmasını arzu edib, hər cür xoşbəxtlik, hər cür sevinc hissi nəsibin olsun deyirik. Sözsüz ki, ürəkdolu segilərlə, xoş bir istəklə çatdırılan təbriklər, söylənilən sonsuz arzular hər iki xanıma bəslənilən münasibətin göstəricisidir.

Doğum gününüz mübarək!

Almaz Yaşar qızına ad günü münasibəti ilə.

İllərdi bir ürək yanır
Almaz Yaşar,ocağında
İki övlad,mürğü vurub
Onun ana,qucağında

Zaman özü,həsəd çəkir
Bu dilbərin,gəncliyinə
Bir sadəlik,xoş təbəssüm
Zəmanətdir,dincliyinə

Bir yaz günü,doğularaq
O qoşulub,bu həyata
Bir gözəllik,bəxş edilib
Bax o gündən,kainata!!!
Yaşar Şirvani

Bu ğözəl kəlamı,peyğəmbərimiz
Muhəmməd demişdir,belə pakizə
Cənnət anaların,ayağı Altda
Körpəykən verilib,o cənnət bizə

Ən böyük ucalıq,qədəmlərindən
Bir addım kənarda,deyilmiş ana
O yer cəhənnəmdir,neçə qat bilməm
Orda ana haqqı ,yeyilmiş ana

Öpürəm əlindən,üzündən sənin
Sənə sevgidəndir,bu minnət deyil
Bu dünya al-əlvan,xalıya dönsə
Sənsiz inan ana,o cənnət deyil.
Yaşar Şirvani.


Təbrik edirlər!
Təbrik edirlər!
Təbrik edirlər!
скачать dle 12.1