Bia.Az

Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik? - HƏQİQƏTƏN DƏ...

Cəmiyyət
 27-08-2022, 14:42     225

Azərbaycanda reklam biznesində böyük maliyyə dövr etdiyindən bu sahə son illər geniş vüsət alıb. Amma bununla belə, əksər hallarda reklamın məzmunu, mətnləri hələ də bərbad tərtib olunmaqda davam edir. Metroda, avtobuslarda və s. yerlərdə müxtəlif məzmunda tərtib olunan reklamlardakı mətn və sloqanlarda heç bir psixoloji təsir gücü hiss olunmur. Reklam məzmunlarının bir çoxu da başqa layihələrdən oğurluqdur.

BİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, reklam mətnlərinin bərbad tərtib edilməsi prosesə QHT və özəl təşkilatların cəlb edilməməsilə bağlıdır:

“Reklamla Avropa ölkələrində daha çox qeyri-hökumət təşkilatları hökumət qurumları ilə birgə məşğul olur. Hökumət qurumları sifariş verir, piarla bağlı ixtisaslaşan QHT-lər və özəl sektor nümayəndələri də onlara yardım edir. Azərbaycanda isə reklam sifarişləri əksər hallarda dövlət büdcəsi hesabına həyata keçirildiyindən, sifarişi həyata keçirən qurum prosesdə o qədər də maraqlı olmur. Çünki nə yazsa da, müəyyən edilən pulu alacaq. Ona görə də onlar üçün mətnin keyfiyyətindən çox büdcədən ayrılan vəsaitin həcmi daha maraqlıdır”.

Həmsöhbətimiz düşünür ki, bu işlər beynəlxalq təcrübəyə əsaslanaraq, QHT və özəl qurumlara həvalə edilsə, prosesdə dönüş yaranacaq:

“Onların heç olmasa araşdırmaları, psixoloji yardımla bağlı təcrübələri olur. Ölkədə psixoloji təsir vasitələri və piar üzrə böyük təcrübəyə malik şirkətlər var. Onların bu fəaliyyət növünə cəlbi reklam mətnlərinin tərtibindəki bərbad vəziyyətin düzəlməsinə gətirib çıxara bilər. O zaman daha keyfiyyətli, daha təsirli yazıların şahidi olacağıq. Çünki həmin fonda rəqabət olacaq ki, bu da keyfiyyətə təsir göstərən başlıca amildir. İndiki sosial çarxların isə ölçülə bilən indiqatoru yoxdur”.

Ekspertə görə, bu məsələdə özəl şirkətlərə imkan yaradılmaması maddi maraqdan doğur:

“Bu fəaliyyətlə məşğul olan dövlət qurumları kənardan kiminsə həmin fəaliyyətlə məşğul olmasında maraqlı deyil”.

Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik?
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik?
Bu əyri-üyrü, səhv yazılarla kimi tərbiyə etmək istəyirik?


скачать dle 12.1