Bia.Az

Türkiyə İtaliya və İspaniyaya yardım göndərdi

Dünya
 1-04-2020, 18:18     295

Türkiyə İtaliya və İspaniyaya yardım göndərdiTürkiyə koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən olan İtaliya və İspaniyaya yardım göndərib.

“bia.az” “Anadolu”ya istinadən xəbər verir ki, yardımı ölkənin Milli Müdafiə Nazirliyi gerçəkləşdirib.

“Milli Müdafiə Nazirliyinə aid fabriklərində yerli və milli imkanlarla istehsal edilən müxtəlif tipdə maska, tibbi geyim və antibakterial mayedən ibarət tibbi məhsullar COVID-19 ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinə aid təyyarə ilə İtaliya və İspaniyaya göndəriləcək”.

Yardım aparan təyyarə Etimesqut hərbi hava limanından artıq yola düşüb.скачать dle 12.1