Bia.Az

Bizim məscidləri donuzxanaya çevirən ERMƏNİLƏR İDİ... - NƏ TEZ UNUTDUQ...

Siyasət
 26-08-2022, 10:16     204

Ermənilər öz zay ənənələrinə sadiq qalaraq, gethagetdə Laçındakı kilsədə sırtıqcasına “mədəni irs” üzrə anma mərasimi keçiriblər. Söhbət hansısa qədim və mübahisəli bir abidədən getmir. Həmin kilsə işğaldan cəmi 6 il sonra - 1998-ci ildə Laçında inşa edilib. Sonrakı illərdə Laçında ermənilər özlərinin heç vaxt yaşamadığı Azərbaycan torpaqlarında işğalçı əsgərlərə həsr olunmuş abidələr “ucaldıblar”. Bütün bunlar necə ermənilərin “mədəni irsi” sayıla bilər?

Bəzi ekspertlər hesab edir ki, hər hansı dini ehramın sökülməsi İslam dininə ziddir. Bəziləri isə hesab edir ki, bu, dünya ictimaiyyətində birmənalı qarşılanmaya bilər. Bəs Laçındakı heç kimdən halallığı alınmamış, qanunsuz kilsənin aqibəti necə olacaq? BİA.AZ_ın bilgisinə görə, məsələ ilə bağlı siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bunları deyib: “Ermənilərin hansısa vida mərasimi təşkil etmələri əslində onlara xas olan məsələdir. Bir zamanlar, Qarabağa köçürülmələrinin 150 illiyi ilə bağlı olaraq abidə də qoymuşdular. Sonralar bu abidə onların maraqlarına uyğun olmadığı üçün sökdülər. Daha sonra isə Alban kilsələrini erməni kilsəsi kimi təqdim etməyə başladılar. Təbii ki, həyata keçirilən işğal, bir sıra dövlətlərin onlara yardım etməsi ermənilərin işinə gəlib. İşğal edilmiş ərazilərdə Azərbaycan maddi mədəniyyət abidələri darmadağın edilib, vandalizm aktları həyata keçirilib. Uşaqları və qadınları, əlilləri və yaşlıları insanlığa zidd bir şəkildə işgəncə ilə qətlə yetirənlərdən bundan artıq nə gözləmək olar. Ona görə də, güman edirəm ki, ermənilərlə bağlı olaraq ”dünya ictimaiyyəti nə deyər, ay filankəs nə deyər" kimi fikirləri buraxmaq lazımdır. Ermənilər xaçlı-səlibçi zehniyyətinin Qafqaza düşmüş olan asqırığıdır. Bu zehniyyət isə hara gedibdirsə orada yerli maddi mədəniyyəti məhv edibdir. Amerikada ink və astek mədəniyyətləri haradadır, Afrikada Mali mədəniyyəti haradadır, Əndəlüsün müsəlman əhalisi və mədəniyyətinin əksəriyyəti haradadır? Yoxdur. Eyni zehniyyət eyni zehniyyəti daim dəstəkləyər. Biz türk-müsəlmanlar isə hara getmişiksə, ora yüz illərlə istiqrar, sabitlik və inkişaf, sülh və əmin-amanlıq aparmışıq. Səfəvi dövlətində, Osmanlı dövlətində xristian və yəhudilər, Babur dövlətində hinduslar rahat bir şəkildə yaşamışlar. Bizim ölkədə bütün dini icmaların ibadətgahları rahat fəaliyyət göstərmirmi? Biz hətta özümüzdən olmayanlara hər zaman özümüzdən üstün yanaşmışıq, onlara əmanət kimi baxmışıq. Ermənilərə də həmçinin eyni münasibət göstərmişik. Bunun müqabilində isə Zəngəzur qətliamları, Xocalı faciələrini yaşamışıq".

Ekspert Laçında inşa edilən kilsə ilə bağlı bunları dedi: “Biz öz doğma torpaqlarımızı qaytarmışıq. Ermənilər isə bizə hələ işğal etdikləri ərazilərdə dağıtdıqları məscidlərimizin hesabını verməyib. Türk ənənəsində fəth edilən (Laçın isə azad edilib) torpaqlarda ən böyük ibadətgahı məscid etmə adəti vardır. ”Ayasofya" bunun bir misalıdır. Ermənilərin burada işğal etdikləri kilsə isə işğalın meyvəsidir. Azadlığın meyvəsi olaraq da biz oranı dağıtmalı deyilik. Çünki biz dağıdıcı deyilik. Biz ora dönəcək müsəlmanlar üçün onu məscid halına gətirməliyik. Laçında ermənimi yaşayıb ki, Laçında ermənimi yaşayacaq ki? Hə, hansı isə qrup erməni bizim vətəndaşımız olmaq istəyərsə, şərəfli bayrağımızın kölgəsində itaət və sükutla yaşamaq istəyərsə, şəhid və qazi ailələrindən açıq və kütləvi üzr diləyərsə, aralarında terrorçu və separat zir-zibili bizə verərsə, o zaman Azərbaycan dövlətinin himayəsi altında o kilsəsinin kilsə olaraq qalmasını düşünmək olar. Fəqət dediyimiz şərtlərlə. Bizim tarixi təcrübəmizdə zimmi anlayışı vardır. Zimmilərə (müsəlman dövlətinə vergisini verib fəsad çıxarmayanlara) bizdə tarixən zülm edilməyib. Ermənilərin nazı ilə oynamışıq. Dinimiz nə deyir? Dinimiz fəsad çıxartmayanlara, haqqsız yerə insan öldürməyənlərə, Allahın evlərini xarab etməyənlərə qarşı mərhəməti əmr edir. Gələcəyi bilmirəm. Amma ermənilər sülh və əmin aman olan bir məkanda özlərinin absurd iddiaları ilə fəsad çıxartmadılarmı? İnsanları, uşaqları, qadınları, qocaları, əlilləri öldürmədilərmi? İnsanlara əsirlikdə olarkən olmazın işgəncələr vermədilərmi? Allahın evlərini viran qoyub orada donuz otarmadılarmı? Qəbirlərin üzərində təhiqlər etmədilərmi? Ona görə bir daha deyirəm bu məsələdə iki həll vardır. Azərbaycanın islam çalarlı bayrağının kölgəsində itaət və ibadət haqqı, ya da ki, şəhid və qazilərin əməyi ilə biznilləh Allahın tövhid edildiyi bir məscid. O ki qaldı dünya ictimaiyyəti nə deyər? Dünya ictimaiyyəti Srebnitsada, Xocalıda nə dedi ki?! Rohinyada nə dedi ki?!"
скачать dle 12.1