Bia.Az

Gəncədə şəhid ailəsi TƏHQİR OLUNDU - Baş Prokurora və DİN-ə MÜRACİƏT - Video

Hadisə
 25-08-2022, 17:19     503

Qaynarxett.az-a Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə massivi 2 mkr, ev 16 mənzil 5-də yaşayan Hüseynov Ülvi Vüqar oğlu tərəfindən müraciət daxil olmuşdur. Polis zorakılıgına məruz qaldıgını bildirən şəhid oglu Ülvi Hüseynovun müraciətini təqdim edirik.

Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran ƏliyevəAzərbaycan Respublikasının Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin rəisi cənab polkovnik Elman Qasımova
Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə massivi 2 mkr, ev 16 mənzil 5-də yaşayan Hüseynov Ülvi Vüqar oğlu tərəfindən
(055-212-09-78)(055-251-00-16)

Müraciət

Cənab Prokuror!
Bildirmək istəyirəm ki, 18.08.2022-ci ildə axşam radələrində kirvəm Anar Əsgərov Məhəmməd oğlu ilə Əminə marketə daxilolduq. Özümüzdə gördük, amma fikir vermədik. Daxil olanda bir nəçə qadının narazıçılığın hiss elədik, bildirdilər ki, marketin qarşısında Rusiya nömrəsi olan 3 nəfər şəxs maşının qapıları açıq şəkildə, tam səslə mahnı sədaları ilə marketin qapısınadirəmiş halda saxlamışlar. Kirvəm Anar çıxarkən yaxınlaşıb bildirdi ki, bir az mahnının səsini alın marketdə narazıçılıq var. O 3 nəfər sərxoş halda idilər. Sonradan mənə məlum oldu ki, Nizami rayonu polis bölməsinin əməkdaşı Paşalı Davuddur. Davud içtimaiyyət arasında mənə və Anara "sən kimsən burda sözü mən deyirəm, ikinizində ağzınızın içindən ataram" deyə nalayiq və təhqiramiz söyüşlərlə təhqir etdi, mənə və Anara əl atdı, bizi aralaşdırdılar.
Sabahı gün ayın 19-da mənim yaşadığım evə 3-4 maşın və mülki geyimdə olan tanımadığım şəxslər basqın etmişdir. Babam 82 yaşlı Şükürov Qabil Cahan oğlu qarşılarına çıxarkən "biz polis əməkdaşıyıq yaxşı edirik, az edirik" deyə Ülvi hanı deyibnalayiq təhqirlərnən təhqir etdi. Babam ona bildirəndə ki, ailəmiz şəhid ailəsidir, o, babamı divara dirədi, təkrarən təhqiramiz sözlərnən təhqir etdi, mənə isə "nəsən, şəhid ailəsisən.......... " deyə söydü. Qardaşımın azyaşlı uşaqları bu hadisədən sarsılaraq psixoloji sarsıntı keçirmişlər.
Kirvəm Anarın evinə də belə basqın olunmuşdur. Anarın da 3 uşağı qorxaraq psixoloji sarsıntı yaşamışlar. Nizami rayon bölməsinin rəisi Məmmədov Xanlar mənə xəbər göndərmişdir ki, mən təzə rəis keçmişəm. Anar niyə məni təbrik etməyib. Polis əməkdaşı Əbuzərov Dövran bildirir ki , mən prokuror oğluyam. Heç kim mənə heçnə edə bilməz. Ürəyim nə istəyirsə mən burdakılara edə bilərəm.
Cənab Prokuror!
Bildirmək istəyirəm ki, atam 30.08.1992-ci il vətən uğrunda qanından, canından keçərək şəhid olmuşdur. Atam şəhid  olmuşdur ki, Məmmədov Xanlar, Abuzərov Dövran və Paşalı Davud Gəncə şəhərində at oynatsınlar, millətə qarşı bu cür hərəkət etsinlər? Özbaşınalıq edərək "xalq düşməni" kimi evimə basqın etsinlər?
Odur ki , Sizdən xahiş edirəm:
Obyektiv araşdırma araşdırılsın, evimizə basqın eləyənlərin layiqincə cəzası verilsin.

Qoşma : video diski 1 ədəd
İmza: Hüseynov Ülvi Vüqar oğlu.



скачать dle 12.1