Bia.Az

"Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib" - ABŞ institutu

Dünya
 25-08-2022, 11:42     235

"Martın sonundan etibarən Rusiya ordusu Ukrayna ərazisində nəzarəti itirib".

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya Ukraynadakı hərbi əməliyyatların sürətini bilərəkdən azaldır. Bu bəyanat Rusiyanın Ukraynadakı son 6 həftə ərzindəki sadəcə kiçik nailiyyətlərini izah etmək üçündür”, - məlumatda qeyd olunub.

ABŞ institutu iddia edir ki, müvəqqəti işğal olunmuş ərazilərdə Rusiya tərəfi ciddi problemlərlə üzləşir: "Ukrayna qüvvələri Xerson və Zaporejyedə Rusiya hərbi obyektlərinə və kommunikasiya xətlərinə zərbələr endirməkdə davam edir".скачать dle 12.1