Bia.Az

"Mariupol Rusiyadır,... Qarabağ da Rusiya olsun!" - YENİ ERMƏNİ HOQQABAZLIĞI...

Siyasət
 22-08-2022, 14:34     251

Ermənistan paytaxtında Rusiyanın ölkədəki "5-ci kalon"unun, çox güman ki, terrorçu eks-prezident Robert Köçəryanın lideri olduğu "Hayastan" blokunun təşkil etdiyi növbəti təxribat üzə çıxıb.

BİA.AZ Moderator.az-a istinadla xəbər verir ki, müxtəlif teleqram-kanallarda və sosial şəbəkələrin erməni seqmentində paylaşılan foto və xəbərlərdən bəlli olur ki, İrəvan küçələrində Qarabağın Rusiyaya birləşməsini təbliğ edən şüarlar yayılıb.

"Bunlar "Hayastan” partiyasının nümayəndələrinin İrəvanda yerləşdirdiyi vərəqələrdir.

Yazılıb:

Tiraspol(Moldovadakı qondarma "Dnestryanı respublikası"nın paytaxtı-S.L.)- Rusiyadır
Mariupol - Rusiyadır
Krım - Rusiyadır
Donetsk -Rusiyadır
Luqansk -Rusiyadır
Tsxinvali(Gürrcüstandakı "Cənubi Osetiya"nın paytaxtı-S.L.) - Rusiyadır
Artsax (Qarabağ) da- Rusiya olsun
Zaporojye - Rusiyadır
Şimali Qazaxıstan da Rusiya olacaq...

✅ Hər kəs üçün təkrar edirəm: Qarabağı Ermənistandan kənarda görən mənim üçün satqındır!
“Hayastan” blokudur mütləq... Hayastandır?"
"?@armmirotvorec" teleqram-kanalındakı şərhdə belə yazılıb.

Digər hay isə t.me/hmtorum teleqram-kanalında təxribata bu cür qiymət verib:

"Artsaxın daha bir hissəsinin düşmənə verildiyi məqamda Tiraspol, Mariupol, Krım, Luqansk, Donetsk, Tsxinvali, Zaporojye və Şimali Qazaxıstanla maraqlanırlar?

Əlbəttə, “Թող Արցախը լինի Ռուսաստան” (Artsax Rusiya olsun) sətri xüsusi diqqətə layiqdir ?‍♂

Mən hətta bu barədə şərh verməyəcəyəm. Bu, sadəcə, iyrənclikdir"...

Dünən - 21 avqust axşam saatlarında Ernənistan parlamentindəki "Hayastan" blokunun üzvü deputat Geqam Manukyan bəyanat yayaraq bəhs edilən vərəqələrin üzvü olduğu blok tərəfindən yayılmadığını bəyan edib və bunu "hüquq-mühafizə orqanlarının göz yumduğu təxribat" adlandırıb...

P.S. Əlbəttə, Azərbaycan xalqı və dövləti daha da qətiyyətli və yekdil mövqe tutsa, hayların istər Rusiyapərəst, İstərsə də Qərbpərəst olan işğalçı, irqçi və revanşist kəsiminin heç bir təxribatı baş tutmayacaq...

"Mariupol Rusiyadır,... Qarabağ da Rusiya olsun!"
скачать dle 12.1