Bia.Az

Turizm göstəriciləri

İqtisadiyyat
 17-08-2022, 11:22     361

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 171 ölkədən 832 min nəfər (əvvəlki ilin yeddi ayı ilə müqayisədə 2,3 dəfə çox) gəlib, onların 26,4 faizi Rusiya, 21 faizi Türkiyə, 11,6 faizi İran, 6,8 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3 faizi Pakistan, 2,6 faizi Hindistan, 2,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Ukrayna, 1,9 faizi Qazaxıstan, 1,5 faizi Küveyt, qalanları başqa ölkələrin vətəndaşlarıdır.


2021-ci ilin yanvar-iyul aylarına nəzərən xaricə gedən Azərbaycan vətəndaşlarının sayının 2 dəfə artaraq 829,4 min nəfər olduğu bildirilir: “Onların 47,9 faizi Türkiyəyə, 16,6 faizi Rusiyaya, 12,2 faizi İrana, 8,3 faizi Gürcüstana, 15 faizi başqa ölkələrə səfər edib”.скачать dle 12.1