Bia.Az

“İran terroru dəstəkləyir” - Təhlükə mənbəyidir!

Siyasət
 17-08-2022, 00:35     198

Avqustun 12-də hindistanlı yazıçı Salman Rüşdi Nyu-Yorkda mühazirə oxuyarkən hücuma məruz qalıb.Naməlum şəxs Çatokua İnstitutunda səhnəyə qalxaraq yazıçını yumruqlamağa və bıçaqlamağa başlayıb. Hücum edən şəxs saxlanılıb.Xəstəxanaya yerləşdirilən Rüşdi süni nəfəs aparatına qoşulub, onun qaraciyərində, qolunda ciddi zədə xəsarət var və bir gözünü itirə bilər.

Xatırladaq ki,S.Ruşdinin illər əvvəl yazdığı “Şeytan ayələri” romanı müsəlmanların ciddi etirazına səbəb olub. İranın dini lideri ayətullah Xomeyni fətvasında Ruşdini açıq şəkildə lənətləyərək onu, eləcə də kitabın nəşrində iştirak edən bütün şəxsləri ölüm hökmünə məhkum edib və dünya müsəlmanlarını bunu yerinə yetirməyə çağırıb.

Yaxın keçmişdə belə bir hadisənin yaşanması, indi yazıçıya edilən hücumda dünya ictimaiyyətinin diqqətini haqlı olaraq İranın üzərinə çəkir.

İranın Xarici İşlər Nazirliyindən bazar ertəsi verilən açıqlamada isə yazıçı S.Rüşdinin bıçaqlanmasında rəsmi Tehranın əli olduğu inkar edilib.Nazirliyin sözçüsü jurnalistlərə İranın “yazıçının özündən və tərəfdarlarından başqa heç kimi günahkar hesab etmədiyini” deyib. BİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı "Sherg.az"a danışan, politoloq Sədrəddin Soltan qeyd edib ki, keçmiş ABŞ prezidenti Corc Buş İranı dünyanın Şərq üçbucağından biri adlandırıb:

"İran regionda və beynəlxalq aləmdə terrorçuluğu dəstəkləyən dövlətlərdən biridir. Hətta onun "İnqilab keşikçiləri" adlı qvardiyası ABŞ-nin terrorçu təşkilatlar siyahısına daxildir. İranın atom nüvə proqramı da şübhəli və şəffaf deyil:

"Beynəlxalq aləm rəsmi Tehranın nüvə proqramı ilə bağlı bu ölkəyə sanksiya tətbiq edib. Hesab edirəm ki, perspektivdə İranın belə işlərdə əli olduğu aşkarlanarsa, terror məsələsi genişlənərsə, ona qarşı daha geniş iqtisadi, siyasi sanksiyalar tətbiq edilə bilər. Beləliklə İran beynəlxalq ictimaiyyəti sanksiyalarla bağlı ciddi təzyiqlərinə məruz qalar. Hazırkı vəziyyətdə dünyanın İrana qarşı ata biləcəyi əsas ciddi addım da məhz sanksiyalardır".

Politoloqun qənaətincə , Salman Rüşdiyə edilən hücum beynəlxalq aləmdə islam adı altında fəaliyyət göstərən qruplaşmaların güclənməsidir:

"Onlar Qərbə və dünyaya islamdan istifadə etməklə öz güclərini göstərib islamı ləkələmək istəyən qüvvələrdir".

S.Soltan diqqətə çatdırıb ki, hazırda İran qlobal və regional səviyyədə təhlükə mənbəyi sayılır və bütün qonşu ölkələrin daxili işinə müdaxilə edir:

"Regionda sülhün yaradılmasına mane olur. Rəsmi Tehran Yaxın Şərqdə İsrailin yer üzündən , siyasi səhnədən silinməsi üçün istənilən addımı atmağa hazırdır. Hətta bu işi təşkil edə biləcək bir sıra təşkilatları da dəstəkləyir. İran İraqda bir sıra hərbi qüvvə saxlayır, Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir, Cənubi Qafqazda əməkdaşlığın sülhün yaranmasına mane olan Ermənistanı müdafiə edir. Odur ki, İran hakimiyyəti regionda əsas təhlükəyə mənbəyidir. Zənnimcə ,yaxın zamanda beynəlxalq ictimaiyyət bütün bunları nəzərə alaraq bu ölkəyə sanksiyalar tətbiq edə bilər" .
скачать dle 12.1