Bia.Az

"Bu halda Moskva Vaşinqtonla münasibətləri kəsəcək..." - Zaxarovadan açıqlama

Siyasət
 15-08-2022, 12:52     187

ABŞ Rusiyanı terrorizmə sponsorluq edən ölkə kimi tanısa, Moskva Vaşinqtonla münasibətləri kəsəcək.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Biz bu barədə danışdıq və təkcə şifahi deyil, həm də bu şərhləri yazılı şəkildə yerləşdirdik və hətta ingilis dilinə tərcümə etdik. Hər şey dəfələrlə bəyan edilib”, - Mariya Zaxarova “Rossiya-1”in efirində deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ Qərb ölkələrini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa məcbur edir.

Avqustun 11-də Latviya Seyminin deputatları Rusiyanı terrorun dövlət himayədarı elan ediblər. Bundan sonra latviyalı deputatlar Avropa İttifaqı ölkələrini ruslara vizaların verilməsini dərhal dayandırmağa çağırıblar.скачать dle 12.1