Bia.Az

AMEA artıq kimlərinsə “ailə podratı”, qohumbazlıq ocağıdır!

Cəmiyyət
 15-08-2022, 10:55     396

AMEA gündəmdən düşmür ki, düşmür. Belə ki, ötən yazılarımızda AMEA-da davam edən qanun pozuntuları barədə geniş məlumat vermişdik.

DOSYE.ORG-ın apardığı araşdırmalar məsələnin daha ciddi və dərin olduğunu göstərdi. AMEA-da elmdən bağqa istənilən hər bir işlə məşğul olmaq adi hala çevrilib.
Vəzifə və statuslar qanunla təmzinlənmir və burada ən əsası güclü himayədar-qohumunun, hər hansı qohumluq və “dostluq” əlaqəsinin olmasıdır.
Əlbəttə ki, bir ailənin üzvlərinin hamısı elmlə məşğul ola bilər, elmi tədqiqatlar apara bilər, lakin bu, kimlərinsə öz vəzifəsindən və ya qohumluq əlaqələrindən istifadə edərək qohumlarını işlə təmin etməsi demək deyil.
Kiçik bir haşiyə çıxaq. AMEA-nın Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyev və onun bacısının həyat yoldaşı (yeznəsi) İqbal Qəhrəmanov əvvəllər AMEA Rəyasət Heyətində çalışırdılar. İ.Qəhrəmanov Xüsusi şöbədə, N.Mehdiyev isə II şöbədə. Sonra II şöbə ləğv olunsa da, N.Mehdiyevi Xüsusi şöbəyə rəhbər təyin etdilər.
AMEA-dan “gedən” R.Mehdiyev AMEA-ya prezident təyin olunanda iki yaxın qohumun bir şöbədə işləməsinin mümkün olmadığına görə onların hər ikisini AMEA-nın institularına göndərdi.
Bir müddət sonra N.Mehdiyev hansısa yollarla R.Mehdiyevin və onun komandasının etimadını qazanaraq yenidən AMEA-nın Xüsusi şöbəsinə qayıtdı. Özü də, nə az, nə çox, Xüsusi şöbənin müdiri vəzifəsinə.
Yəqin ki, çox aktiv fəaliyyəti nəticəsində və daha böyük etimad qazandığı üçün bir müddət sonra onu AMEA-nın Kadrlar şöbəsinə müdir təyin etdilər.
N.Mehdiyevin qazandığı etimad o dərəcədə güclü idi ki, özünün tərk etdiyi Xüsusi şöbəni də nəzarətdən kənar qoymamaq üçün oraya yuxarıda adı çəkilən yeznəsi İqbal Qəhrəmanovu müdir gətizdirdi.
Ailə podratı genişləndi. Amma bu da az imiş. Yeznə tək qalmasın deyə, təzəlikcə ixtisara düşmüş qardaşı oğlu Anar Mehdiyevi həmin şöbəyə baş mütəxəssis təyin etdilər.
Onu da qeyd edək ki, Anar Mehdiyev eyni zamanda Memarlıq və İnşaat Universitetinin 2-ci kurs ƏYANİ magistrantıdır. Beləliklə, qayın–yeznə, əmi–qardaşoğlu… başqa kimlər?!! Bəs himayədar əmiləri, qayınları, “dayday”ları olmayanlar nə etsin?
AMEA-da son zamanlar dəfələrlə qrup şəklində sabotajların təşkilatçıları – AMEA Təhsil şöbəsinin Magistratura sektorunun müdiri, eyni zamanda AMEA Fizika İnstitutunun əməkdaşı olan, bu cür hərəkətlərinə görə cəzalandırılmayacağına əmin olan və bunu hər yerdə fəxrlə deyən Qafil Dəmirov kimə arxalanır?
Bəlkə AMEA-nın prezidenti vəzifəsini icra edən, eyni zamanda həmin institutun baş direktoru olan akademik Arif Həşomova? Q.Dəmirov və AMEA Təhsil şöbəsinin “elmlər doktoru” olmayan müdiri Ələddin Məlikov (özünü “fəlsəfə elmləri doktoru” kimi qələmə verərək rəsmi sənədləri imzalamaqla vəzifə səlahiyyətlərini aşan bir şəxs, bu ğün işi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmada olsa da, öz vəzifəsində qalır) birləşərək təmiz işləyən, rüşvət götürməyən, özlərinə rəqib gördükləri və heç kəsin himayəsində olmayan digər sektor müdirini işdən çıxartdırırlar.
Bakalavr olmasına baxmayaraq, AMEA-nın magistraturasında dərs deyən və hətta magistrlərin məzun günündə onlara nəsihət verərək yola salan Aynur Məhərrəmova Təhsil şöbəsinin əməkdaşı Leyla Hacıyevanın bacısıdır. Daha kimlər qohumbazlıq nəticəsində AMEA-da meydan oxuyurlar?
Bu qruplaşmalarla, AMEA-nı “qohumxanaya” çevirən şəxslərlə AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov ya bacarmır, ya bacarmaq istəmir. Bu isə artıq ciddi məsələdir. Çünki bu ğün bir dövlət təşkilatında qruplaşma sabotajı təşkil edənlər, kimisə “kobudluqda” ittiham edib şərləyərək karyerasını məhv edə bilirsə, sabah daha böyük hədəfləri özlərinə əsas götürə bilərlər… Növbəti hədəf kim olacaq? Bəlkə elə AMEA-nın rəhbərliyi?
Hər dəfə dəfə qeyd etdiyimiz kimi, A.Həşimov AMEA-nın yeni Nizamnaməsi üzrə tərtibat işlərinə rəhbərlik edir. Yəqin ki, bu qanunsuzluqları “qanuniləşdirmək” üçün yeni Nizamnamədə müvafiq maddələr nəzərdə tutular… Müvafiq elmi dərəcəsi olmayan özünü “elmlər doktoru” kimi qələımə verə bilər və dövlətin pulunu qanunsuz mənimsəyərək “elmlər doktoru” üzrə məvacib alar, “vəzifəli əmisi” olan isə işsiz qalmaz, bakalavr olan magistrantlara dərs deyər, axı bura AMEA-dır – ”Qohumbazlıq” ocağı!!! Buğünkü elmin siması…
Qeyd edək ki, AMEA-da və Rəyasət Heyətində, RH-nin üzvləri, o cümlədən AMEA-nın vitse-prezidentləri də daxil olmaqla çox dəyərli alimlər fəaliyyət göstərir. AMEA-da törədilən bu çirkin əməllər onları hörmətdən salmamalıdır.
AMEA-ya müvəqqəti rəhbərlik edən akademik Arif Həşimova yenidən xatırlatmaq istərdik ki, Azərbaycan Milli Elmlər Akademiyası elm ocağıdır, “ibadət və ya qohumbazlıq”ocağı deyi. Ölkə rəhbərliyi tərəfindən Sizə müvəqqəti də olsa etimad göstərilib ki, AMEA-nı yaşadasınız, nəticədə isə AMEA-da özbaşınalıq və xaos baş alıb gedir.
Ümidvarıq ki, bu məsələ ilə müvafiq orqanlar, xüsusilə Azərbaycan Respublikası Dövlət Təhlukəsizlik Xidməti, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tezliklə məşqul olacaqlarına ümüd edək. Araşrdırmalar davam edir. Ardı var…скачать dle 12.1