Bia.Az

Fəaliyyət növləri üzrə orta maaş

İqtisadiyyat
 14-08-2022, 12:50     323

Dövlət Statistika Komitəsi 2022-ci il iyulun 1-nə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqını 827,1 manat göstərib. Novator.az-ın məlumatına görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3400,3 manat;
maliyyə və sığorta fəaliyyəti – 2167,1 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1390,4 manat;
informasiya və rabitə – 1353,4 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1154,9 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1054,6 manat;
tikinti – 998,4 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 892,5 manat;
emal sənayesi – 763,5 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 733,7 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 681,8 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 647,7 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 642,4 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 632,6 manat;
təhsil – 625,4 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 563,5 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 489 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 480,6 manat;
digər sahələrdə xidmətlərin göstərilməsi – 860,2 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 300 manatdır.скачать dle 12.1