Bia.Az

Sülhməramlı Qarabağda ağır qəza törətdi - Ölənlər var

Hadisə
 12-08-2022, 14:54     235

Xankəndi-Xocalı avtomobil yolunda ağır qəza baş verib. 
 
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
 
Bildirilib ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi “HAVAL H9” markalı avtomobil Xocalı rayonunda qanunsuz məskunlaşan 1996-cı il təvəllüdlü eməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı maşında toqquşub. 
 
Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, avtomobildə olan 4 qadın sərnişin isə yerindəcə ölüb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.скачать dle 12.1