Bia.Az

Məşhur alimdən meymunçiçəyi bağlı dəhşətli XƏBƏRDARLIQ: Pul, qapı və...

Cəmiyyət
 12-08-2022, 14:42     227

ABŞ meymunçiçəyi epidemiyası ilə bağlı xəbərdarlıq edib.

Xarici media xəbər verir ki, onlarla ölkədə sürətlə yayılan və aşkarlanan meymunçiçəyi xəstəliyi ilə bağlı ABŞ-dan diqqətçəkən xəbərdarlıq gəlib.


Rəsmi məlumatlara görə, 6617 yoluxmanın görüldüyü ABŞ-da məşhur alim xəstəliyin yayılmasını ictimaiyyətlə bölüşüb və çox vacib xəbərdarlıqlar edib:

"Bu virus ,adətən, dəridən-dəriyə təmas yolu ilə ötürülür. Ancaq bəzən hava damcıları ilə də ötürülə bilər. Bu baxımdan Covid-19-u xatırladır, lakin adətən bu şəkildə ötürülmür. Amma bu virus əsasən təmas yolu ilə ötürülür. Bu xəstəliyin ümumiyyətlə cinsi əlaqə yolu ilə keçdiyi deyilir, lakin bunda dəri təması da var. Bu, öpüşərkən, əl sıxarkən, hətta güləş və ya idman edərkən yayıla bilər”.
 
Alim həmçinin virusun əşyaların üzərində qalma qabiliyyətinə malik olduğunu iddia edib:

"Bu virusun pul kimi əşyaların üzərində günlərlə qalma ehtimalı böyükdür. Pul, qapı tutacaqları, alış-veriş səbətləri kimi əşyalar xəstəliyin ötürülməsi üçün risk yaradır”.скачать dle 12.1