Bia.Az

Ermənistanda üstündə Atatürkün şəkili olan məktəbli çantaları satılır - FOTOLAR

Cəmiyyət
 11-08-2022, 15:26     276

Ermənistanda üzərində Mustafa Kamal Atatürkün şəkili olan məktəbli çantaları satılır. 

BİA.az xəbər verir ki, bununla bağlı erməni jurnalist Armine Melkonyan Facebook səhifəsində paylaşım edib.
 
O, statusunda şəkil yerləşdirərək ölkədə türkçülüyün təbliğindən şikayət edib. Melkonyanın paylaşımı erməni KİV-nin də diqqətini çəkib. Bəzi müxalif saytlar son zamanlar ölkə bazarlarında Türkiyə istehsalı olan məhsulların artdığını yazıblar. 
 
Xəbər saytları konkret olaraq üzərində Atatürkün fotosu olan çantaların isə "Urartu" univermağında satıldığını öyrəniblər.
 


(gündəm.az)скачать dle 12.1