Bia.Az

Yeni Laçın yolu

Siyasət
 11-08-2022, 14:52     228

Avqustun 11-də rəsmi məlumat yayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin Yuxarı Qarabağ bölgəsindən Ermənistana gedən yeni avtomobil yolunun tikintisinin yekunlaşdığını bəyan edib. Laçın şəhərindən və rayonun kəndlərindən yan ötən yolun salınmasına 2021-ci ilin iyul ayında başlanmışdı.

1988-ci ildə ermənilər Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə təcavüzə başlayıb. 1991-ci ildə ermənilər bölgəni “müstəqil dövlət” elan edib. Bunun ardınca müharibə alovlanıb, 1994-ci ildə elan olunan atəşkəsə qədər Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı bölgələri ələ keçirib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın rayonunun bir hissəsi Yuxarı Qarabağdan Ermənistana gediş-gəliş üçün ayrılıb. Həmin yolun üstünə düşən Laçın şəhəri və rayonun Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndləri indiyədək azad olunmayıb.

Avqust ayı ərzində Rusiya sülhməramlı kontingentinin Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni yolun mühafizəsinə keçməsi, bununla Laçının tam azad olması gözlənir.скачать dle 12.1