Arxiv

Oxunub:227 / 10 dek 09:06gundem, hadise

Azərbaycanda qızılca və məxmərəyin eliminasiyası, hepatit B infeksiyası üzərində nəzarətin gücləndirilməsi üzrə tədbirlər müəyyənləşdirilib



Azərbaycanda qızılca və məxmərəyin eliminasiyası, hepatit B infeksiyası üzərində nəzarətin gücləndirilməsi üzrə tədbirlər müəyyənləşdirilib

Gələn il profilaktik peyvənd təqvimində poliomielitə qarşı üçvalentli peyvənd ikivalentli peyvəndlə əvəz ediləcək
Nazirlər Kabineti “2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” təsdiq edib.

APA-nın məlumatına görə, qərarla təsdiqlənən Azərbaycan Respublikası üzrə profilaktik peyvənd Təqviminə əsasən Hepatit B üzrə peyvənd uşaq doğulduqdan sonra 12 saat ərzində, BCJ, OPV 4-7-ci gündə, GDTHibHepB, OPV, Pk 2 aylıqda, GDTHibHepB, OPV 3 aylıqda, GDTHibHepB, OPV, Pk 4 aylıqda, Pk, İPV 6 aylıqda, QPM, Vitamin A 12 aylıqda, GDT, OPV, Vitamin A 18 aylıqda, QPM, ADT, Vitamin A 6 yaşda vurulmalıdır.

Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Səhiyyə Nazirliyi həyata keçirir. Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir.

Tədbirlər Proqramına əsasən, Səhiyyə Nazirliyi 2016-2020-ci illər ərzində respublikada uşaqların peyvəndlə əhatə səviyyəsinin 95%-dən az olmayaraq saxlanılmasını, respublika səviyyəsində immunobioloji preparatların saxlanılması üçün anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcminin təmin edilməsi məqsədi ilə yeni soyuducuların alınması və sıradan çıxan soyuducu avadanlıqların dəyişdirilməsini, immunobioloji preparatların saxlanılması üçün yerli tibb məntəqələri səviyyəsində temperatur rejiminin daimi monitorinqinin aparılması üçün onların lazımi texniki avadanlıqla təminatının davam etdirilməsini, yerli tibb məntəqələri səviyyəsində immunlaşdırma tədbirlərini həyata keçirən tibb müəssisələrində sıradan çıxmış “soyuq zəncir” sistemi avadanlıqlarının dəyişdirilməsini, 2016-cı ildə profilaktik peyvənd təqvimində poliomielitə qarşı üçvalentli (tOPV) peyvəndin ikivalentli (bOPV) peyvəndlə əvəz edilməsini təmin etməlidir. Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi 2016-2020-ci illərdə profilaktik peyvənd təqviminə uyğun olaraq peyvənd materiallarının, şprislərin və immunlaşdırma zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün təhlükəsiz qutuların alınmasının maliyyələşdirilməsini təmin etməlidir. Səhiyyə Nazirliyinə mütəmadi olaraq iİmmunoloji preparatların temperatur rejimini gözləməklə xüsusiləşdirilmiş maşın-refrijeratorlarla yerlərə çatdırılmasını təmin etmək də tapşırılıb.

Səhiyyə Nazirliyi ildə iki dəfə uşaqların peyvəndlərlə əhatə olunma səviyyəsinin təhlil etməli və bu sahədə görülən işin keyfiyyəti-ninyaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirməlidir. Nazirlik 2016-2017-ci illərrdə ərazilərdə seçmə yolu ilə əhali qrupları arasında peyvəndlərlə əhatə səviyyəsini qiymətləndirmək üçün sorğu aparmalıdır. Həm də mtəmadi olaraq uşaqların peyvəndlərlə əhatə səviyyəsi aşağı olan yaşayış məntəqələrində səbəbləri araşdırılmaqla, əlavə immunlaşdırma tədbirlərinin həyata keçirilməsi təmin etməlidir. Səhiyyə Nazirliyinə mütəmadi olaraq immunlaşdırma tədbirlərini həyata keçirən müalicə-profilaktika müəssisələrinin şok əleyhinə preparatlarla təmin edilməsi də tapşırılıb. Səhiyyə Nazirliyi 2016-2018-ci illərdə yeni peyvəndlərin tətbiqi üzrə tədbirlərin həyata keçirilməsini də təminr etməlidir.

Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində qızılca və məxmərəyin eliminasiyası, poliomielitdən azad ərazi statusunun saxlanılması və hepatit B infeksiyası üzərində nəzarətin gücləndirilməsinə nail olunması gözlənilir.