Bia.Az

Ordumuz 5-7 gün ərzində Qarabağdakı tör-töküntüləri... - Polkovnikdən SENSASİON MÜSAHİBƏ

Gündəm
 9-08-2022, 22:31     334

"Ermənilər öz çirkin niyyətlərindən əl çəkmirlər. Mövqelərimizi atəşə tuturlar. Sözsüz ki, "Qisas" əməliyyatının davamı olacaq".

Bunu Musavat.com-a müsahibəsində ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib.

411250.jpg (82 KB)
Müsahibəni təqdim edirik:
- 2 gün əvvəl erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini 10 dəfə atəşə tutdu. Müdafiə Nazirliyi Ermənistana növbəti dəfə xəbərdarlıq etdi. Lakin onlar xəbərdarlıqlara məhəl qoymurlar. Bu, Azərbaycanı hansı addımlar atmağa məcbur edir?
- Görünən odur ki, ermənilər ağıllarını başlarına yığmaq istəmirlər, orada müvəqqəti olan Rusiya sülhməramlıları bu işdə fəallıq göstərmir. Əksinə, onlar vaxtı uzatmaq üçün müxtəlif təxribatlar həyata keçirirlər. 3 avqustda "Qisas" əməliyyatından sonra Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan ordusunun günahlandırılması da onu deməyə əsas verir ki, bu, məqsədyönlü şəkildə Rusiya tərəfindən həyata keçirilir. Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi bununla bağlı bir neçə dəfə Rusiya tərəfinə öz etirazını bildirib. Lakin onların təxribatları davam edir. Bizim hədəfimiz Azərbaycanın üçrəngli bayrağının Xocalıda, Xocavənddə, Xankəndidə dalğalanmasıdır.
1637306688_901.jpg (55 KB)
- Ankarada Türkiyə səfirlərinin 13-cü konfransında prezident Rəcəb Tayyib Ərdoğan, o cümlədən qardaş ölkənin XİN rəhbəri Mövlud Çavuşoğlu Qarabağla, 44 günlük savaşla bağlı mühüm  fikirlər səsləndirdilər...
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha qeyd etdi ki, beynəlxalq güclər təəssüflər olsun ki, işğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoymadı.
502c5246-ee7b-3b91-8e9e-cadc438b63cc_850.jpg (49 KB)
Mövlud Çavuşoğlu isə Ermənistana xəbərdarlıq etdi ki, heç kəs Can Azərbaycanın tənha olmasını düşünməsin. Bu, Ermənistana və ona havadarlıq edən Rusiyaya, digər ölkələrə bir daha xəbərdarlıqdır.
d6d5c3ab-130e-3895-afc3-6d0d68ca16b0_850.jpg (63 KB)
Azərbaycan bu məsələdə heç bir halda güzəştə getməyəcək. Ermənilər nə qədər tez doğru qərar qəbul edəcəklərsə, öz əsgər və zabitlərinin həyatlarını qorumuş olacaqlar. Çavuşoğlu Şuşa Bəyannaməsinin imzalanmasını xatırlatmaqla bir daha başa saldı ki, harda Türkiyə varsa, orda Azərbaycan var, harda Azərbaycan varsa, orda qardaş Türkiyə var. Bu, çox ciddi diplomatik dildə səsləndirilən fikirlərdir. Separatçıları dəstəkləyən qüvvələr bundan özləri üçün nəticə çıxarmalıdırlar. 28 ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən dövlət 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli sənədin müddəalarına da əməl etmək istəmir. Azərbaycan artıq topu Ermənistan tərəfə ötürüb və hərəkət qarşı tərəfdən gəlməlidir. Əks təqdirdə Azərbaycan komando qüvvələri, xüsusi təyinatlılar, bütövlükdə Silahlı Qüvvələr tapşırığı yerinə yetirmək gücündədir.
44 günlük savaşın 2 illiyinə yaxınlaşırıq, bu müddət ərzində Azərbaycan ordusu daha da güclənib. Silahlı Qüvvələrimiz yeni silah-sursatlar alıb. Yeni hərbi hissələr, infrastruktur yaradılıb.
f6418bc868d21610315579.jpg (87 KB)
Ermənistan isə həm öz daxilində, həm də Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə elə bir uğur əldə etməyib. Ona görə də hesab edirəm ki, antiterror əməliyyatı keçiriləcəyi təqdirdə 5-7 gün ərzində Azərbaycan ordusu orada olan tör-töküntüləri ərazilərimizdən uzaqlaşdırmaq gücündədir. Bu dəfə Ermənistanın itkiləri daha çox olacaq.
- Ermənilər Laçını ənənəvi olaraq vandalizm aktları törətməklə tərk edirlər. Onlara hansı cavab veriləcək?
- Azərbaycan rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan vətəndaşı olan ermənilər həmin ərazilərdə yaşaya bilərlər. 28 illik işğal müddətində Suriyadan, Livandan, Rusiyadan ora gətirilən ermənilər isə heç bir halda Laçında və digər ərazilərimizdə qala bilməz. Gördüyümüz mənzərə ondan ibarətdir ki, ermənilər rus sülhməramlılarının gözləri qarşısında, onların birbaşa iştirakı ilə insanlarımızın vaxtilə tikdikləri evləri sökürlər, hətta tikinti materiallarını oradan çıxarmağa davam edirlər.
1656918822_19.jpeg (73 KB)
Buna son qoyulmalıdır. 2020-ci ilin sentyabr-noyabr aylarında - düşmən kapitulyasiya aktını imzalamamışdan öncə Kəlbəcərdən, Ağdamdan və digər yaşayış məntəqlərindən çıxarkən vandalizmlə məşğul oldu və bu, sənəd üzərində də qaldı. İndiki halda Laçından çıxan ermənilərə xəbərdarlıq edilməlidir ki, vandalizm aktlarını həyata keçirənlər buna görə məsuliyyət daşıyacaqlar.
- Son günlər sosial şəbəkələrdə paylaşım edən bir neçə hərbçi ordudan xaric edilib. Bu nədən xəbər verir?
- Bu, yolverilməzdir. Onların ən kiçik hərəkəti bötövlükdə bir hərbi hissənin fəaliyyətini risk altına atmış olur. Həmin adamlara layk atanlar qoy onları dolandırsın. Dövlətdən hər ay stabil aldıqları məvacibi itirdilər, çəkdikləri əziyyətlər (relyef, hava şəraiti) boşa getdi. Təəssüflər olsun ki, ordu sıralarından xaric edilənlər arasında qadın hərbçilər də var. Hər kəs bilməlidir ki, ordu ilə bağlı istənilən informasiya rəsmi qurumların məlumatlarından kənar sosial şəbəkədə yerləşdirilə bilməz.
- Ordunun maddi-texniki təminatı hansı səviyyədədir?
- Birinci Qarabağ savaşı dönəmində xidmət keçmiş, 2004-cü ilə qədər ordu sıralarında olmuş bir peşəkar zabit kimi, Silahlı Qüvvələrin güc strukturlarında – konkret olaraq Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində zaman-zaman olan bir insan kimi deyə bilərəm ki, ordunun maddi təminat məsələlərində xeyli irəliləyiş var. Bunu dəyərləndirmək lazımdır. Orduya başqa məqsədlərlə gələnlər başa düşməlidir ki, ora onların düşündükləri yer deyil. Son vaxtlar bu və digər əməlləri ilə bağlı həbs olunan maliyyə əməkdaşları, o cümlədən bəzi zabit və gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları var. Ordu cəmiyyətin ayrılmaz bir hissəsidir. Cəmiyyətdə olan problemlər orduda da var. Əgər o, 18 il mülki həyatda hansısa bir neqativ fəaliyyətlə məşğul olubsa, sonradan ordu sıralarına əsgər, yaxud da çavuş kimi daxil olanda öz neqativ əməllərini orada da davam etdirir. Sözsüz ki, komandanlıq bu faktları aşkar etdikdə ona qarşı barışmaz mövqe nümayiş etdirir və o, cəzalandırılır (ya inzibati qaydada, ya da cinayət məsuliyyətinə cəlb olunur). Ordunun təminatının daha da yaxşılaşdırılması istiqamətində işlər görülür. Bu, döyüş hazırlığının daha yüksək səviyyədə olmasına təsir göstərir.
1656252307_26-iyun.jpg (115 KB)
Həmçinin, Nazirlər Kabinetinin 2013-cü il tarixli qərarı bütün Silahlı Qüvvələrə, bütün ordu mənsublarına şamil olunmalıdır.
- Son günlər sistemli olaraq bir neçə erməni hərbçinin ölüm xəbəri yayılır. Ermənistan Müdafiə Nazirliyi onların naməlum şəraitdə öldüyünü bildirir. Sizcə, əsas səbəb nədir?
- Ermənistan ordusunda vəziyyət gərgindir. Elə bir gün olmur ki, əsgər-əsgər, əsgər-zabit münasibətlərində nizamnamədən kənar hallar olmasın. Bir-birlərinə qarşı silah istifadə edirlər. Bunlar sosial şəbəkələrin erməni seqmentinin yaydığı məlumatlardır. Elə məlumatlar da var ki, onlardan xəbərsizik. Ermənistan ordusunda nizam-intizamla, xidməti vəzifələrin icrası ilə bağlı problemlər çoxdur. 2 gün əvvəl 2 əsgərin ölümü bunun sübutudur.
07882980-53ba-3113-8801-a90e0d93eba5_850.jpg (194 KB)
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana, keçmiş Baş Qərargah rəisləri Yuri Xaçaturov və Artak Davtyana cinayət işi qaldırılıb. Ermənistan ordusunun 44 günlük savaşda rəzil durumda olması, o cümlədən bu gün baş verənlər onu deməyə əsas verir ki, bu ölkənin ordusunun normal vəziyyətə gəlməsi üçün azı 5-10 il lazımdır. Onlar formal olaraq ordunu yaratsalar da, onun təlimlərdə müəyyən hazırlıq keçməsinə çox ciddi ehtiyac var. Belə bir deyim var - təlimdə nə qədər çox tər axıdarsansa, döyüşdə bir o qədər qan axıdarsan. Bu gün Ermənistan sərhədlərini Rusiya ordusu qoruyur. Çünki vaxtında doğru qərarlar verilməyib. Niyə Ermənistan ərazisində 2049-cu ilə qədər başqa bir dövlətin hərbi bazası olmalıdır? Öz ordusunu yedirə bilməyən bir xalq başqa ordunu yedirtməyə və saxlamağa məhkumdur. Ermənilər gözlərini gah Moskvaya, gah Fransaya, gah da ABŞ-a və digər Qərb ölkələrinə dikiblər ki, onlardan hansısa dəstək alsınlar. Düşünürəm ki, Ermənistan ordusunun problemləri daha da dərinləşəcək.
Azərbaycan ordusunun isə imkanları kifayət qədərdir. Qardaş Türkiyənin təcrübəsi var. Biz həm Türkiyə ilə, həm də Pakistanla birgə təlimlərdə iştirak edirik. Azərbaycan ordusu ilə Ermənistan ordusu müqayisə olunmaz dərəcədə fərqli yerlərdə qərarlaşırlar. 

BİA.az
скачать dle 12.1