Bia.Az

Kremldən “Bayraktar”la bağlı təhdid

Siyasət
 9-08-2022, 17:09     315

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Ukraynada “Bayraktar” pilosuz uçuş aparatlarını istehsal edəcək zavodun yaradılacağına münasibət bildirib.


Musavat.com “Report”a istinadən xəbər verir ki, Kremlin rəsmisi deyib:


“Əgər Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, demilitarizasiyaya uğradılacaq”.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.скачать dle 12.1