Bia.Az

“UKRAYNAYA XƏYANƏT ETDİLƏR” – “Timsah göz yaşları tökməyə davam edirlər”

Siyasət
 9-08-2022, 16:39     236

"2008-ci il avqustun 8-də Rusiyanın Gürcüstana təcavüzü Avropa İttifaqı və NATO üçün dərs olmalı idi. Amma təəssüflər olsun ki, o zaman “kollektiv Qərb” öz dəyərlərinə tüpürməyə üstünlük verdi, Gürcüstana xəyanət etdi və Rusiya ilə iqtisadi əlaqələrin miqyasını daha da artırdı. Nəticədə, Rusiya 2014-cü ildə Krımı ilhaq etdi və Donbassda kütləvi qırğın başladı".

"AzPolitika.info" xəbər verir ki, bunları tanınmış siyasi təhlilçi Ramiz Yunus yazıb.



Ekspert vurğulayır ki, Ukraynada birinci müharibədən sonra da Qərb ənənəvi siyasətini davam etdirib: "Yenə də "kollektiv Qərbin" bu siyasəti davam etdirildi, indi də Ukraynaya xəyanət etdilər və Rusiya ilə bütün sektorlarda, o cümlədən hərbi-texniki əməkdaşlıqda bizneslərini davam etdirdilər. Və 2022-ci il fevralın 24-dən - Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan sonra Qərbdə birdən hamı təəccüblənməyə başladı: kim günahkardır və nə etməli, Ukraynanı həm keyfiyyətcə, həm də kəmiyyətcə lazımi silahlarla həqiqətən dəstəkləməyə başlamaq əvəzinə, demokratiya və avtokratiyaların mübarizəsi haqqında timsah göz yaşları tökməyə davam edirlər. Təəssüf ki, Uinston Çörçilin dediyi kimi: “Biz böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq".


BİA.az
скачать dle 12.1