Bia.Az

Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov 20 000 manatı mənimsəyib?!

Fakt
 5-08-2022, 01:27     348

Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu redaksiyamıza Azərişıq ASC-nin Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov barədə şikayət ərizəsi daxil olub.

Ərizəni oilduğu kimi sizlərə çatdırırq.

Azərbaycan Respublikasının Prezidenti
İlham Heydər oğlu Əliyev Cənablarına

surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya
surəti: Azərbaycan Respublikasının Baş naziri
cənab Əli Əsədova

surəti: Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
cənab Əli Nağıyevə

surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə

surəti: Azərbaycan Respublikasının İqtisadiyyat
nazirinin müavini cənab Sahib Ələkbərova

surəti: Azərbaycan Respublikasının Energetika
naziri cənab Pərviz Şahbazova

surəti: “Azərişıq” ASC-nin sədri
cənab Vüqar Əhmədova



Möhtərəm Cənab Prezident,

Vəzifə borcunu şərəflə yerinə yetirməyən məmurların cəzalandırılacağına dair xəbərdarlıqlarınızdan nəticə çıxarmayan Azərişıq ASC-nin Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılov ASAN xidmətin hesabına ödəniləcək 20 000 manatı mənimsəyib.

Bu faktı Azərişıq ASC-nin rəhbərliyinə rəsmi qaydada bildirmişəm. Müraciətimin rəhbərlikdən gizlədildiyini ehtimal edərək informasiya saytları üzərindən müxtəlif dövlət orqanlarına müraciət edib dövlətin pulunu mənimsənilməsi faktının araşdırılması üçün kömək istəmişəm. Müraciətim müxtəlif saytlarda dərc edildikdən sonra Azərişıq ASC-nin hüquq departamentinin rəhbəri Arif m. məni qəbul etdi. Arif m. informasiya saytlarına şikayət etdiyim üçün məni işdən qovmaqla hədələdi. Bildirdi ki, :-“sənə bir dəfə töhmət verdirmişəm, (halbuki mənim töhmətdən xəbərim yoxdur), indi də 2-ci töhməti verdirib səni işdən qovduracam. Sonra bildirdi ki, Arzuman İsmaylovun pulu var 15-20 min pulun verib canın qurtaracaq sənin nəyin var? Saytlara da 20 manat verib yazıları sildiririk. Arzumanla problemin varsa ərizəni yaz, işdən çıx bu işlə məşğul ol. Vüqar müəllimi mən çoxdan tanıyıram, onunla yaxın dostam. İdarənin adını saytlarda hallandırma” Sumqayıt EŞ-nin mühəndisi vəzifəsindən öncə mən bir Azərbaycan kişiyisiyəm. Bütün bunların şər-böhtan olmadığını və bu sözlərin şəxsən Arif m. tərəfindən deyildiyini bildirirəm. Qarşı tərəf də özündə cəsarət taparaq dediklərini təsdiq etməyi bacarsa çox məmnun olaram.

Dövlətin pulunu mənimsəyən Arzuman İsmayılov barəsində araşdırma aparmaq əvəzinə Azərişıq ASC-nin çox “hörmətli”, “möhtərəm” baş hüquqşünasının bu rəftarından sonra Arzuman İsmayılovun 20000 manatlıq korrupsiya faktına “haqq qazandırıb” bu qurumun nə dərəcədə bərbad günə salınmasına heyfislənirəm.

Məlumat üçün bildirirəm ki, Arzuman İsmayılov Sumqayıt ş., 21-ci mikr.-da transformatorun yerinin 15 metr dəyişdirilməsi üçün abonentdən aldığı 20000 manat puldan cəmi 1400 manatını ASAN xidmətə keçirmişdir.

Dövlətin pulunu mənimsəmək Dövlətə və Prezidentə xəyanətdir.

Arif müəllim kimilərindən fərqli olaraq mən Ali Baş Komandanımızın ədalətinə və dəmir yumruğuna güvənirəm.

Xahiş edirəm Sumqayıt EŞ-nin rəisi Arzuman İsmayılovun 20.000 manatlıq korrupsiya faktının araşdırılması üçün haqda tədbir görəsiniz.

Əvvəlcədən Sizə minnətdaram.

Sumqayıt EŞ-nin istismar üzrə mühəndisi Quliyev Anar Ələmqulu oğlu

P.S. Mətndəki qramatik səhvlər ərizəni olduğu kimi sizə təqdim etdiyimizə görə korrektə edilməmişdir.скачать dle 12.1