Arxiv

Oxunub:148 / 16 may 08:36sosial

Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib



Məcburi köçkün tələbələrə şad xəbər - Güzəşt ləğv edilməyib

















Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər təhsillərini ödənişsiz davam etdirəcəklər

Bu haqda modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. O qeyd edib ki, bir sıra KİV-lərdə məcburi köçkün tələbələrin təhsil haqqından azad olunmasının ləğvi barədə yazılanlar həqiqətə uyğun deyil:

“Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan məcburi köçkünlər ölkə prezidentinin sərəncamı ilə ödənişdən azad olunub. Bu səbəbdən də dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Bu barədə bəzi saytlarda yazılanlanlar yalanadır”.