Bia.Az

Yoluxma, itki, xəstə sayı, peyvənd

Sosial
 1-08-2022, 12:34     256

Rəsmi hesabata görə, 2020-2022-ci illərdə Azərbaycanda 798838 nəfər yeni koronavirus infeksiyasına yoluxub, onların 9748-i vəfat edib.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb.


Novator.az bildirir ki, 2020-ci il 218700 yoluxma, 2641 ölüm, 2021-ci il 398247 yoluxma, 5717 ölümlə bitib.


2022-ci ilin statistikası belədir: yanvar – 41523 yoluxma, 376 ölüm, fevral – 127200 yoluxma, 683 ölüm, mart – 6262 yoluxma, 275 ölüm, aprel – 630 yoluxma, 17 ölüm, may – 205 yoluxma, 4 ölüm, iyun – 506 yoluxma, 4 ölüm, iyul – 5565 yoluxma, 31 ölüm.
Hazırda 2408 nəfər aktiv xəstə var.


2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır: 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,3 milyon nəfərə azı üç, 254,5 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.
скачать dle 12.1