Bia.Az

UKRAYNADAN RUS ORDUSUNA SARSIDICI ZƏRBƏ... - Rusiyanın çox sayda baza və anbarı yerlə-yeksan edildi... (Yenilənib)

Siyasət
 30-07-2022, 13:27     280

Ukrayna ordusu iyulun 29-da Rusiyanın 4 hərbi bazasını yerlə-yeksan edib.

"AzPolitika.info" UNİAN-a istinadən məlumatına görə, bunu Odessa Regional Hərbi Administrasiyasının nümayəndəsi Sergey Bratçuk deyib.
O bildirib ki, ötən sutka ərzində Rusiyanın 12 sursat anbarı yox edilib.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatına görə, müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 670 hərbçisi məhv edilib.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 759 tank, 3 995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir.

Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verdiyi bildirilir.


“Çox güman ki, Ukrayna Rusiyanın Donbasdakı Donetsk şəhəri yaxınlığındakı kiçik miqyaslı hücumlarını uğurla dəf edib”.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiya qüvvələri dağıdılmış körpüləri kompensasiya etmək üçün yenilərini yaradıb: “Ukraynanın cənubunda işğal edilmiş ərazilərdə Rusiyanın “hakimiyyət orqanları” Moskvanın bölgə üzərindəki nəzarətinin gücləndirilməsinə çalışır. İlin sonunda həmin ərazilərin Rusiyaya birləşdirilməsi üçün referanduma hazırlıq gedir”.

Məlumata görə, Rusiya hazırda işğal olunmuş əraziləri “mülki-hərbi idarə” kimi təsnif edir.скачать dle 12.1