Bia.Az

Cəmil Həsənli: istefa qərarı varmı?

Siyasət
 29-07-2022, 15:15     270

Tarixçi alim, siyasətçi Cəmil Həsənli Demokratik Qüvvələrin Milli Şurasının sədri postundan ayrılmaq istədiyini bəyan edib.

 İstefa niyyəti şuranın rəhbərliyində müzakirə olunurmu?

 Novator.az-ın sualını Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu cavablandırıb: “Cəmil bəy Milli Şuranın sədrliyindən getmək fikrini Koordinasiya Mərkəzinin üzvlərinə də bildirib. O, sədr postunu çoxdan tutduğunu deyir, yenilənmənin tərəfdarı olduğunu vurğulayır. Cəmil bəy 70 yaşının tamam olduğunu, bir müddətdir ölkədən kənarda yaşadığını da əsas gətirir. Biz Cəmil Həsənlinin Milli Şuranın sədri vəzifəsində qalmasına tərəfdarıq, buna təkid edirik, ona görə istefa barəsində hər hansı bir rəsmi qərar yoxdur. Ümid edirik ki, olmayacaq da”.

Demokratik Qüvvələrin Milli Şurası 2013-cü ildə yaradılıb. Cəmil Həsənli quruma həmin ilin dekabr ayından sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində bir çox siyasətçi, o cümlədən AXCP sədri Əli Kərimli yer alır.

1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Londonda elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb.

1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan prezidentinin müşaviri vəzifəsini tutub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.скачать dle 12.1