Bia.Az

Bu, atamın ən böyük səhvidir – Mişanın oğlu

Dünya
 29-07-2022, 09:50     254

O, Gürcüstana gəldi və biz fəlakətli vəziyyətə düşdük. Dediyim kimi, bu, çox böyük səhv idi. Anamla mən bir müddət Gürcüstanı gəzdik. Məni küçədə qarşılayırlar və tanısalar, soruşurlar: Mişa necədir? Hiss edirəm ki, atamın səhhəti və durumuna cəmiyyətdə böyük maraq var. Bununla belə, görürəm ki, onların çoxu üçün atam artıq gələcəyin lideri deyil.


Axar.az xəbər verir ki, bu barədə eks-prezident Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili Pirveli TV-yə müsahibəsində bildirib.


Qeyd edək ki, Mixail Saakaşvili 2021-ci ilin payızında keçiriləcək bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb, bundan sonra saxlanılıb və həbs edilib. İki aydan artıqdır ki, səhhəti pisləşdiyinə görə Saakaşvili Tiflisdəki “Vivamed” klinikasında mühafizə altındadır.скачать dle 12.1