Bia.Az

“NEQATİV HALLARIN QARŞISI QƏTİYYƏTLƏ ALINACAQ” – DTX rəisi xəbərdarlıq edir

Siyasət
 28-07-2022, 17:01     240

Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər. 

Belə bir açıqlama ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxış edib. 
General-polkovnik Əli Nağıyev çıxışında bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini diqqətə çatdırıb. 
Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışması dərin təəssüf hissi yaradır.
"Respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq", - deyə qurum rəhbəri bildirib. 
Qeyd edək ki, iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə DTX rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. 

İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.

BİA.az
скачать dle 12.1