Arxiv

Oxunub:166 / 12 may 07:10sosial, gundem

Londonda “Porşe” ilə şütüyən nazir oğlu kimin yolunu gedir? - İddialar/Video



Londonda “Porşe” ilə şütüyən nazir oğlu kimin yolunu gedir? - İddialar/Video

















Londonda küçələrində "at oynadan” 90 HO 505 dövlət nömrə nişanlı "Porsche” nin sahibi məlum olub

Sözügedən avtomobilin Əsədzadə Asif Heydər oğluna məxsus olduğu aşkarlanıb.

Bu barədə unikal.org-un araşdırmasına görə, Asif Əsədzadə Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədovun Londonda təhsil alan oğludur.

Nazir oğlunun London küçələrində 200 minlik avtomobillə şütüməsi təəccüb doğurmur. Azərbaycanın oliqarx məmurlarından olan H.Əsədov aqrar sektorda korrupsiya pullarının sayını da itirib.

Onun övladının İngiltərədə kef-damaq sürməsi məhz texnikasız qalan kəndli, subsidiyadan məhrum olan fermerin hesabınadır. Azərbaycanda maaşla yaşayan məmur yoxdur.

KTN rəhbəri iddia edə bilər ki, oğlu bizneslə məşğuldur və öz puluna bu maşını alıb. Amma deyəsən elə yalnız azərbaycanlı məmurların uşaqları həmişə bizneslə tez ibr vaxtda məşğul ola bilirlər.

Ulus.Az xəbər verir ki, prezident İlham Əliyevin oğlu sadə bir gəncdir və vaxtını idmana və təhsilə ayırır.

Onun Bakıda yaxud Avropada belə hərəkətlərini görən olmayıb. Amma H.Əsədovun oğlu Ziya Məmmədovun oğlu kimi yaşayır, onların sonunun necə bitdiyini unudur.

Görünür, nazir oğlu yeznəsinin aqibətindən bixəbərdir. Yadından çıxıb ki, bir vaxtlar Məmmədovlar da harın həyatı ilə gündəmdə idi. İndi hər bir şeyləri əllərindən alınır. A.Əsədzadənin isə yeri hələ istidir. Bu pulların harda gəldiyi çox sadədir.

Təəccüblü bir rəqəm: məlum olur ki, bu il ölkənin kənd təsərrüfatının mühafizəsinə külli miqdarda pul ayrılıb. Təkcə Kənd Təsərrüfatı Nazirliyinin özünə 10 milyon 820 min manat!

Yenə də sual yaranır: əgər fermerlər əkin-biçin sahələrini, heyvanlarını və ya quşlarını, bağ sahələrini ziyanvericilərdən mühafizə etmək üçün rayonlardakı baytar apteklərindən ciblərinin pulu ilə herbisidlər alırlarsa, bəs dövlət büdcəsindən bu təyinat üçün ayrılan pul hara gedir? Heyvandarlıq sahəsində isə vəziyyət lap dözülməzdir.