Bia.Az

Putin və Lukaşenko arasında kritik müzakirə - O ölkə hədələndi

Dünya
 11-07-2022, 19:52     296

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko Litvanın Kalininqrad vilayətinə tranzitin əngəllənməsinə mümkün birgə cavabı müzakirə ediblər.


Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığında Litvanın Kalininqrad vilayətinə malların tranzitinə qoyduğu qeyri-qanuni məhdudiyyətlərlə bağlı vəziyyət müzakirə edilib. Bu kontekstdə bəzi mümkün birgə addımlar ətrafında fikir mübadiləsi aparılıb”, - açıqlamada bidirilib.

Litva Avropa Birliyi tərəfindən sanksiya tətbiq edilən malların Kalininqrada tranzitini qadağan edib. Rusiya tərəfi Litvanı bu addımına konkret cavabın veriləcəyi ilə hədələyib.

Kalininqrad federasiya ilə quru əlaqəsi olmayan, Litva və Polşa arasında, Baltik dənizi sahilində yerləşən Rusiya ərazisidir.скачать dle 12.1