Bia.Az

Azərbaycanda “Aİ-95” markalı benzin yenidən bahalaşdırılır?

İqtisadiyyat
 11-07-2022, 15:41     424

Azərbaycanda "Aİ-95" markalı benzinin qiymətinin qalxacağı gözlənilir. Bu barədə Haqqın.az məlumat yayıb.


Benzinin qiymətinin qalxmasına səbəb kimi dünya enerji bazarındakı volatillik göstərilir.

Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.

Ancaq Azərbaycan neft emal edən ölkə olduğundan daxili bazarda neftdən alınan müxtəlif məhsulları – dizel və benzinin müxtəlif markalarına görə qiymətləri sabit saxlamaq imkanı var. 

Bu baxımdan son bir ildə iki dəfəyə yaxın bahalaşan "Aİ-95" markalı benzinin qiymətini də hökumətin sabit saxlaması mümkün və arzuolunandır. Çünki qiymət artımı əvvala, əhalinin onsuz da ağırlaşan sosial vəziyyətinə  mənfi təsir göstərəcək. İkincisi, bu qərar, istər-istəməz digər məhsulların da qiymətinin artmasına və infilysiyanın dərinləşmsinə səbəb olacaq.


Ekspertlər də hesab edir ki, neft və neft məhsullarının kəskin bahalaşması dünya iqtisadiyyatında növbəti tənəzzülə səbəb ola bilər.скачать dle 12.1