Bia.Az

Sükutun 4 il 4 ayı

İqtisadiyyat
 8-07-2022, 04:34     397

Mərkəzi Bank iyulun 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat nöqtəsində saxlayıb, bununla qiymət sabitliyinin 4 il 4 ayı tamamlanıb.


2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif edilir.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-iyun aylarında keçirdiyi valyuta hərraclarında 2 milyard 739,2 milyon dollar məbləğində vəsait satıb. Yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon, iyunda 278,1 milyon dollar alınıb.

Manatı qorumağa 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard dollar sərf edilib.

2016-2022-ci illərin ümumi xərci 38,3 milyard dollardır.скачать dle 12.1