Bia.Az

“NATO Gürcüstan üçün yeni dəstək paketi qəbul edəcək” - Baş katib

Siyasət
 27-06-2022, 19:12     284

“NATO Madrid sammitində Gürcüstana dəstəyin genişləndirilməsini elan edəcək”.


“Report”un yerli bürosu xəbər verir ki, bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.


“Biz tərəfdaşlarımız – Gürcüstan, Bosniya və Hersoqovina, Moldova, həmçinin Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul edəcəyik”, - o bildirib.

Qeyd edək ki, Madrid sammiti 28-30 iyun tarixində keçiriləcək.

Toplantıda Alyansın yeni strateji konsepsiyasının qəbul ediləcəyi gözlənilir.


Sammitdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iştirak edəcək.


O, bu gün bildirib ki, sammitdə Gürcüstanın NATO-ya inteqrasiya yolunda əldə etdiyi nailiyyətlərin tanınacağına ümid edir.скачать dle 12.1