Bia.Az

Maliyyə bazarında nəhəng çöküş: Azərbaycanda da müflis olanlar var

İqtisadiyyat
 14-06-2022, 13:47     508

Riskli aktivlərin ümumi satışı fonunda bitkoinin qiyməti 2020-ci ilin dekabr ayı səviyyəsinə düşüb.


Bizimyol.info Bloomberg-ə istinadla xəbər verir ki, bu gün səhər saatlarına olan məlumata görə, ən məşhur kriptovalyutanın dəyəri 23 min dollardan aşağı olub.  Riskli aktivlər bazarında “ayı” tendensiyası makroiqtisadi amillərlə - yüksək inflyasiya və ABŞ Federal Ehtiyat Sisteminin qiymət artımını cilovlamaq üçün faiz dərəcələrini artırmaq planları ilə bağlıdır.
Bu, ənənəvi investisiya aktivlərinin dəyərini artıracaq və kripto kimi riskli aktivlərin cəlbediciliyini azaldacaq. Kriptovalyuta bazarı may ayının ortalarından bəri, alqoritmik stabilkoin “TerraUSD” və onunla əlaqəli kriptovalyuta “Luna” çökdükdən və bazar ertəsi “Celsius” kriptovalyuta şəbəkəsi vəziyyəti bir qədər də ağırlaşdırıb və vəsaitlərin çıxarılması imkanını dayandırıb.
Qeyd edək ki, ötən gün kriptovalyuta bazarı üçün qara günə çevrilib.  CoinMarketCap-ın siyahısındakı ən yaxşı 100 kriptovalyutadan heç biri yaşıl zonada olmayıb. İngiltərə Bankının rəhbəri Endryu Beyli investorlara xəbərdarlıq edib ki, dünənki çöküş bir daha kriptovalyutalara investisiya etməyin riskli olduğunu göstərir.
"Əgər siz bu aktivlərə investisiya qoymaq istəyirsinizsə, özünüz bilin. Amma bütün pulunuzu itirməyə də hazır olun",- deyə Beyli bildirib.  Xatırladaq ki, bir müddət əvvəl Nobel mükafatlı iqtisadçı Paul Krugman kriptovalyutaları ən böyük dələduzluq adlandırmışdı.  Buna baxmayaraq, istər Azərbaycanda, istərsə də Türkiyədə kriptovalyutlara vəsait qoyan və onun bahalaşmasını gözləyən insanlar var. Şübhəsiz ki, dünənki çöküş Azərbaycanda da xeyli insanın müflis olmasına səbəb olub.
Nə etməli?..
İqtisadçi Fuad İbrahimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, mövcud vəziyyətdə kriptovalyuta bazarının dərindən təhlilini apardıqda müəyyən etmək mümkündür ki, Paul Krugman haqlıdır.
Fuad İbrahimov Fuad İbrahimov“Ümumiyyətlə, müasir dünya elektronlaşma istiqamətində sürətlə hərkət edir. Biz bu gün bilməliyik ki, gələcək nəsil nə vaxtsa elektron valyutaların dünyasında yaşayacaqlar. İstənilən halda nominal pul vahidlərinin gələcəkdə məhdudlaşmasını biz görməsək də, gələcək nəsil görəəck. Bu gün kriptovalyutaların yaranması aktualdır. Amma mövzud kriptovalyutaların nominallığının olmaması, eyni zamanda hər hansı bir mühitə, əraziyə bağlılığının olmaması, hər hansı bir makroiqtisadi səviyyədə inkişaf etmiş ölkələrin hər hansı bir cavabdehliyində, məsuliyyətində olmaması və eyni zamanda da, artıq bu bazarın elektron ticarət platformalarında ticarət olunması, bu gün istənilən iştirakçı kriptovalyutanı əldə etdikdən sonra onun uculaşmaya və ya bahalaşmaya doğru hərəkətindən ziyan görürsə, artıq burada insan faktoru və maraqların toqquşması o deməkdir ki, hər hansı bir iştirakçı vətəndaş vəsaitini itirirsə, itirmə ehtimalı çoxalırsa, burada əlbəttə ki, dələduzluq əmsallarının iştirakı artmış olur. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu fonda artıq qeyri-şəffaf bir mühit yaranır”.
İqtsadçı bildirib ki, ancaq gələcək nəsil öz cüzdanı barkodla əvəzləyə biləcək. Ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyə müqayisə edilərsə, kriptovalyutaların satışı və alışı istiqamətində Azərbaycanda iştirkaçıların sayı məhduddur.
“Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda daha çox yeni nəsil kriptovalyutalara maraq var. Müəyyən kriptovalyutalar var ki, bahalaşması baş vermişdi. Bu gün insanlar çalışır ki, kriptovalyuta alaraq bunun sıçrayışı ilə zənginləşsinlər.Amma bu gün kriptovalyutalar bazar fiaskosuna doğru gedir. Vətəndaşlar vəsaitlərini kütləvi şəkildə kriptovalyutalara depolamaqla gələcəkdə bunun daha baha satışını həyata keçirməklə varlanmaq niyyətindədirlər. Burada isə dələduzluq əmsalları artır”,- deyən ekspert bildirir ki, Türkiyədə vəziyyət daha fərqlidir. Onun sözlərinə görə, Türkiyədə elektron platformalardan istifadə həmişə yüksək olub. Əhalinin sayına görə də, maliyyə dünyasının daha aktiv olmasını da nəzərə alaraq, daha çox vətəndaşlar iştirkaçı olmaq arzusundadılar.
“Amma bu çox riskli, daha çox pul itkisinə gətirib çıxaracaq,bir mühitdir. Kriptovalyutaların hər hansısa bir mınşəyi, mənbəyi, bağlılığı olmadığı üçün burada insan faktoru daha çox dələduzluq əməllərini həyata keçirmiş ola bilər. Eyni zamanda prosesin özündən görünür ki, iştirakçıların daha çox vəsait itkisi və yaxud vəsaitlərinin qeyri-müəyyən dövrə depolanması bu sistemi yaradanların maraq dairəsindədir”,- deyən F.İbrahimov iştirakçıları bu məsələdə ehtiyatlı olmağa və ən azından vəziyyəti monitorinq etməyə, müşahidə etməyə və bu sahədə ixtisaslaşmış mütəxəsisslərdən məsləhət almağa çağırıb.скачать dle 12.1