Bia.Az

Vitse-spiker Ermənistanda itaətsizlik aksiyalarına çağırış edib

Siyasət
 27-05-2022, 12:14     437

"Sabah Müqavimət Hərəkatı itaətsizlik aksiyalarını davam etdirəcək, Ermənistanın rayonlarında da aksiyalar keçiriləcək".


Bizimyol.info xəbər verir ki, bu barədə dünən - mayın 26-da Müqavimət Hərəkatının mitinqində Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi, parlamentin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan bildirib.
“Sabah mitinq olmayacaq. Mayın 28-də saat 18:00-da paytaxda ümumxalq mitinqi keçiriləcək. Saat 16:00-da Sərdarapatdan Fransa meydanına qədər böyük mitinq olacaq. Mitinqdən sonra yürüş keçiriləcək. Paralel olaraq "Stepanakert"də də mitinq keçiriləcək. 28 May xalqımız və dövlətimiz üçün rəmzi gündür. Vəziyyət son dərəcədə kritikdir. Çölə çıx, birləş və onları, bizə-xalqımıza xəyanət edənləri hakimiyyətdən qovaq.
Ya hakimiyyət parlamentin iyunun 3-də keçiriləcək növbədənkənar iclasında iştirak edib "Artsax"ın Azərbaycanın tərkibinə daxil olmasını əsaslandıracaq, ya da müxalifətin bəyanatını imzalayacaq. Biz ümumi sözlərlə yox, konkret faktlara, sübutlara söykənən açıqlama tələb edirik. Bunu etməyəcəklərsə, biz onların xalqa xəyanət etdiyini bir daha sübut etmiş olacağıq.
Onlarla müqavilə bağladıqları İlham Əliyevdən qorxurlar və bu bəyanatı imzalamayacaqlar. Bu gün onların sonunun başlanğıcı olacaq”, - deyə vitse-spikeri İşxan Saqatelyan bildirib.

P.S: Ermənistan himayədarlarının köməyi ilə işğal edib 30 ilə yaxın dağıtmaqla məşğul olduğu Azərbaycan ərazilərini 44 gündə geri qaytarmaq məcburiyyətində qaldı. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata görə, işğaldan azad edilən ərazilər saxlanılır və digər ərazilər zamanla geri qaytarılacaq. İndi guya bununla razılaşmaq istəmədiklərini nümaiş etdirirlər. Əslində onlar bu gün heç nəyə nail ola bilməyəcəklərini dəqiq bilirlər. Sadəcə, bunu gələcəkdə "xalqın bəyanatla razılaşdırmadığını" göstərmək üçün tarixdə qalmaq xatirinə edirlər. Amma artıq bu oyunbazlıqla heç kimi aldatmaq mümkün deyil.скачать dle 12.1