Arxiv

Oxunub:185 / 30 apr 06:22sosial, gundem

Cahangir Hacıyev işinə qarışan “Bizim market”dən özbaşınalıq - Araşdırma



Cahangir Hacıyev işinə qarışan “Bizim market”dən özbaşınalıq - Araşdırma
















“Bizim market" mağazalar şəbəkəsinin filiallarından alış-veriş edən vətəndaşlar . malların vitrin və qəbz qiymətlərinə diqqət etsinlər”

Ulus.Az xəbər verir ki, bunu Feysbuk istifadəçisi Samir Azəri şikayətində yazıb.

Onun dediyinə görə, metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Bizim market”-də 20 gündür istehlakçılar aldadılır:

“Mentos” adlı saqqız vitrində 0.40 azn qeyd olunub. Amma kassada ödənişdən sonra qəbz 0.45 azn göstərilir. Bu vəziyyət təxminən 15-20 gündür belədir.
Bu barədə administratora məlumat verdim. Amma hər hansı tədbir görüləcəyini düşünmürəm. Sadəcə saqqız belədirsə digər məhsullarda nə qədər şişirtmələr var”.

Son zamanlar paytaxtda fəaliyyət göstərən iri marketlərlə bağlı xoşagəlməz sözlər eşidilir. İstehlakçıları aldatmaqla məşğul olan marketlərin sayı günü-gündən çoxalır. Düzdür, iri marketlərin insanlar üçün faydaları çoxdur.

Belə ticarət obyektlərində çeşid çox olur. Hər kəs istədiyini tapmaq imkanına malik olur. Rahatlıq baxımında, böyük marketlərin üstünlükləri çoxdur. Lakin bəziləri müştəriləri aldatmaqla məşğuldur.

Ulus.Az xəbər verir ki, mətbuatda “Bizim market”də keyfiyyətsiz və vaxtı keçmiş məhsulları müştərilərə sırıyırlar yazılıb. Lakin ticarət obyektinin rəhbərliyi anlamır ki, bu cür fırıldaqçı yollarla yalnız və yalnız marketin imicinə zərər gətirmək olar.

“Bizim marketlər” şəbəkəsinin rəsmi sahibi Xanımbacı İsmayılovanın bildirdiyinə görə, marketlər şəbəkəsi rəsmi olaraq onun adına olsa da, biznesi bilavasitə onun kürəkəni Rasim Salmanov idarə edib, ailəyə çatacaq milyonlarla pulu müxtəlif vasitələrlə Türkiyə Respublikasına, ordan da Kanadaya ötürüb:

“Bu faktların üstü bank hesabları vasitəsilə açıldıqdan sonra Rasim Salmanov ailəni neytrallaşdırmaq qərarına gəlib. Əvvəlcə məsələni zorakılıq və öz üsulları ilə həll etməyə başladı.

Ailəmizi güddürdü, hədə-qorxu gəldilər. Bundan sonra ailəni neytrallaşdırmaq üçün Rasim Salmanov polisdəki yaxın tanışlarından istifadə etməyə başladı. Nəvəm Sahibi özünün yalan məlumatları ilə həbs etdirdi”.

Ulus.Az xatırladır ki, “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovun Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin vasitəsi ilə ölkədən 100 milyon dollar çıxardığı haqda yazılmışdı.

Maliyyə xəyanəti ittihamı ilə həbsdə olan Cahangir Hacıyevin ölkədən çıxarılmasında iştirak etdiyi və vergidən yayınmaqla qazanıldığı iddia olunan 100 milyon dollar manatın birinci devalvasiyasından 2 gün əvvəl Kanada və Türkiyədəki hesablara yerləşdirilib.