Arxiv

Oxunub:138 / 30 apr 06:02siyaset

Nazirlərin görüşündə “B” planı: Qarabağda erməni öldürüldü - Gərginlik



Nazirlərin görüşündə “B” planı: Qarabağda erməni öldürüldü - Gərginlik

















Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında üçtərəfli görüş keçirilib

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.

2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Nazirlər müzakirə olunan məsələlər barədə əlaqələri davam etdirmək barədə razılıq əldə ediblər.

Yeganə şifahi razılıq bu olub ki, danışıqlar davam etdirilsin və atəşkəsə riayət olunsun. Bunun nəyi razılıqdır ki? Əksinə bu bizim maraqlara zidd olan status-kvonun uzanması deməkdir.

Moskvadakı görüşün bir mənası var idi: Kreml Azərbaycanın müharibəyə başlamayacağına əmin olmaq istəyirdi. Buna əmin oldumu – bunu gələcək aylar göstərəcək.

Ulus.Az xəbər verir ki, artıq Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində növbəti itkisini verib.

28 aprel saat 09.30-da təmas xəttinin cənub istiqamətində ölümcül güllə yarası alıb. Məhv edilən əsgər 1998-ci il təvəllüdlü Mqer Feliksoviç Arzumanyandır.

Rusiya tərəfi danışıqlara yeni impulsiv xarakter vermək, ATƏT-in Minsk qrupunda gerçəkdən həmsədr dövlət olaraq münaqişənin tənzimlənməsində maraqlı tərəf olmaq imicini formalaşdırmaq üçün Kazan sammitində tərəflər arasında yeni təkliflər səsləndirdi.

Təkliflər ondan ibarət idi ki, ilk əvvəl Ermənistan tərəfi işğal edilmiş əraziləri tərk edir, azərbaycanlı qaçqınlar işğal olunmuş ərazilərə geri qaytarılır və məhz bundan sonra Dağlıq Qarabağın hüquqi statusu ilə bağlı danışıqlar davam etdirilməlidir.

Ancaq o zaman da Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe danışıqların baş tutmasına imkan vermədi.

Bütün bunlar göstərir ki, yaxın perspektivdə Qərblə Rusiya arasında münasibətlər bəlli olmasa, danışıqların davam etməsi nə qədər vacib olsa da, hər halda danışıqların gedişində məhz problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacağına ümid çox azdır.