Arxiv

Oxunub:217 / 30 noy 09:43iqtisadiyyat, gundem

Azərbaycanda dollar aylıq maksimumu, avro isə minimumu yeniləyib



Azərbaycanda dollar aylıq maksimumu, avro isə minimumu yeniləyib

Bu gün noyabrın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi artıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 30-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01% artaraq 1,0512 manat olub.

Bu, dolların məzənnəsinin noyabr ayı üzrə ən yüksək göstəricisidir.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0022 manat və ya 0,2% azalaraq 1,1130 manata enib.

Qeyd edək ki, avronun bu günə olan məzənnəsi noyabr ayının ən aşağı göstəricisidir.

Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 1,25% azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.