Arxiv

Oxunub:124 / 29 apr 08:39hadise

Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - Foto



Rövşən Lənkəranskinin məzarı başında tikinti gedir - Foto

















Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin məzarının ətrafında tikinti işləri aparılır

Qafqazinfo” xəbər verir ki, daşdan hörülmüş divarın içərisində onun qəbirüstü abidəsinin qoyulması gözlənilir. Amma tikintini aparan şəxslər çələnglərin arxasındakı hissənin çəkilişinə icazə vermirlər.

Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev bir müddət öncə mətbuata açıqlamasında qəbirüstü abidənin Bakıda hazırlandığını bildirmişdi.

Xatırladaq ki, Rövşən Lənkəranski ötən ilin 18 avqustunda Türkiyədə qətlə yetilirib. Tikintisi davam edən abidə də məhz mərhumun il mərasimi üçün hazır ediləcək.