Arxiv

Oxunub:207 / 30 noy 09:42dunya, gundem

Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb



Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında fərman imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, fərman dərc edilib və noyabrın 28-də qüvvəyə minib.

Fərmanla müəyyən edilmiş tədbirlər ləğv edilənədək sənədin qüvvədə qalması nəzərdə tutulur.